Çevrilmə

Franz Kafka

Comments and Reviews

See All
104 syf.
10/10 puan verdi
·
Read in 29 hours
Mükəmməlsən, Frans..
Salam, əziz dostum. Mən Qreqor Zamza. Çoxunuz məni Kafkanın "Çevrilmə" kitabından tanıyırsınız. Bir səhər yuxudan duranda özünü bir həşərata çevrilmiş olaraq görən Zamza. Yəqin ki, siz də mənim hekayəmi oxuyanda məni başdan sona kimi bir həşərat olaraq təsəvvür edirdiniz. Hə, bəlkə də, haqlısınız. Bəs, əziz dost, desəm ki, məni həşərat
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
Reklam
104 syf.
8/10 puan verdi
·
Read in 5 days
Niyə kitab oxumalı ?
Hərdən yaxın çevrəmdəki insanlar məndən ya da ümumi olaraq soruşurlar, Kitab oxusam nə yazar oxumasam nə ?! Əslində hər nə qədər xoş səslənməsə də, bu tip "niyə"li sualları özümüzə verməkdən çəkinməməliyik. Birmənalı olaraq sevdiyiniz və ya həzz aldığınız üçün kitab oxuyuram desəniz kimsə sizi qınaya bilməz, amma gəlin suala
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
104 syf.
·
Not rated
·
Read in 4 days
Dəyərsizlik..
Hekayənin baş qəhrəmanı,Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq, hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
104 syf.
9/10 puan verdi
·
Read in 3 days
Bir gün oyanıb özünü bir böcəyə çevrilmiş görürsən. Mənə nə olub görəsən? Sualı ətrafında çox düşünməyə macal tapmamış işə getmək təlaşına düşürsən. Bax bu xeyli düşündürür insanı. Pul qazanmaq üçün getməli olduğumuz iş həyatımızda bu qədər önəmlidir mi? Bu sual düşündürdü məni. Çevrilənə qədər hər gün ailəsinin yükünü çəkən Qreqor, çevrildikdən sonra ailəsi üçün yük olur. Çox təsirlidir :(
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
Reklam
104 syf.
8/10 puan verdi
·
Liked
Doğma insanların içində yalnızlığın və tənhalığın hekayəsi...
Düşünün,bir səhər yuxudan oyanırsınız.Hər şeyin yenə bir öncəki gün olduğu kimi,standart davam edəcəyindən əminsiniz,amma birdən nələrinsə qaydasında olmadığının fərqinə varırsınız.Sizi narahat edən birşey var.Oyandıqdan sonra yataqdan qalxmaq istəyirsiniz,amma bunu bacarmırsınız.Nə baş verdiyini anlamaq üçün ətrafa,öz bədəninizə göz gəzdirirsiniz.Elə bu vaxt gördüyünüz mənzərə qarşısında təəccübdən az qalır huşunuzu itirəsiniz!Yataqda uzanan,sizin bədəniniz deyil,bu nəhəng bir ev böcəyidir!!!
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
104 syf.
9/10 puan verdi
·
Liked
Frans Kafka tərəfindən 1915-ci ildə yazılmış novella. Onun yaradıcılığında mühüm yerlərdən birini tutan əsərdir. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin baş qəhrəmanı,Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq, hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir.
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
104 syf.
8/10 puan verdi
·
Liked
Karakteri böceğe çeviren yazıçı
Çok beğendiyim bir eser oldu. Baş rolü böceğe çevirerek nasıl böyle muhteşem bir eser oldu, bende şaşdım kaldım. Baş rolün fedakarlığını, yalnızlığını, hiss etdiklerini sadece Franz Kafka bu kadar güzel yaza bilirdi. Mutlaka okumalı olduğunuz kitaplardan biri olmalı. Herkese keyifli okumalar.
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
104 syf.
8/10 puan verdi
·
Read in 8 days
Bəzən ailənə belə artıq olarsan
Birgün səhər yuxudan oyanıb böcək olan birisinin nələr yaşadığından bəhs edən bu kitabda anladığım əsas mesaj odur ki, öz istəyin olmadan üstünə düşən məcburi borcu, yükü yerinə gətirmədiyin halda ən doğma olan ailə belə sənə bir müddət dözəcək sonra sən onların həyatından çıxsan belə onlar bu vəziyyətə çox tez alışacaq. Insan öz başına bələd ola bilməyəcək vəziyyətə düşəndə bir heçdir. Nə qədər cəhd etsə də həmişəki kimi öz işini görməsə o, bu ucsuz-bucaqsız qaranlıq yolda daha da pisə gedəcək. Son və tək ümid yerin ailə belə olsa bəzən onlar belə sənə kömək ola bilməz.
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
Reklam
104 syf.
10/10 puan verdi
·
Liked
·
Read in 6 days
Yalqızlığın faciəsi
Spoiler Kafka dəlixanasına xoş gəlmisiniz. Bura Zamzanın otağına bənzəyir, elə K.-nın çatmaq istədiyi qəsrə də oxşatmaq olar. Künc tərəfdə çirkli bir yataq var. Zamza isə yatağın ortasında öz kiçik ayaqlarını nizama gətirməyə çalışır. K. öz kreslosunda oturmuşdu, qara şlyapasını dizinə qoyaraq ensiz barmaqları ilə onu təmizləyirdi. Yozefsə stolda
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
104 syf.
9/10 puan verdi
·
Read in 3 days
Qreqor Samsa səhər duranda özünü nəhəng böcəyə çevrilən görür. Həyatı bundan sonra ağlagəlməz məcraya yönəlir. Ustalıqla yaradılan “həşarat metaforası” bizə çoxsaylı mesaj ötürür. Novella cəmiyyətin, o cümlədən ailənin fərdə yüklədiyi məcburi borcun fəsadlarından danışır. Qazanc həyat amalına çevriləndə, sosial basqı artanda insan öz içində azır və dəhşətli bir heçliklə üz-üzə qalır. İnsana dəyər verməmək cəzaların ən böyüyüdür. Əsərdə bütün bu psixoloji əzablar unikal zahiri əksini tapır.
Çevrilmə
Çevrilmə
Franz Kafka
Franz Kafka
Çevrilmə
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyat · 2019223.5k okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.