Ceyn Eyr Sözleri ve Alıntıları

Ceyn Eyr sözleri ve alıntılarını, Ceyn Eyr kitap alıntılarını, Ceyn Eyr en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Heç kimin xəbəri yoxdur ki, siyasi qiyamlardan başqa insanların yaşadığı gündəlik həyatda, çoxluğun içində, ürəyinin dərinliyində nə qədər qiyamlar gizlənib cücərməkdədir. Güman edilir ki, qadınlar sakit olurlar, amma əslində qadınlar da elə kişilərin keçirdiyini yaşayır, yəni öz bacarığını tətbiq etmək istəyir və bunun üçün onlara, qardaşlarından az olmayaraq, fəaliyyət dairəsi lazımdır. Onlar da kişilər kimi sərt məhdudiyyətlərdən, büsbütün durğunluq hökm sürən həyatdan əziyyət çəkirlər. Əgər daha imtiyazlı cinsin nümayəndələri qadınların pudinq bişirmək, corab toxumaq, pianoda çalmaq, zənbilə naxış salmaqdan başqa işi olmadığını söyləyirsə, bu, onların nadanlığından irəli gəlir və əgər qadınlar, onların mənsub olduğu cinsə yazılan adətlərdən daha artıq etmək və ya daha artıq öyrənmək istəyəndə kişilər bunu ittiham edir, ya da onlara gülürsə, onda bu, sadəcə, ağılsızlıqdan başqa bir şey deyil.
Sayfa 165Kitabı okudu
Qapalı adamlar adətən öz hissləri və iztirabları haqqında açıq söhbətə daha çox möhtac olur, nəinki ünsiyyətcil və sərbəst adamlar.
Sayfa 561Kitabı okudu
Reklam
Hansı yaxşıdır: bir incikliyə səbrlə dözüb özündən savayı heç kimə əziyyət verməmək, yoxsa düşünmədən hərəkət edərək doğmalarını dərdə salmaq?
Necə də onun sualına hərtərəfli cavab vermək keçirdi ürəyimdən. Necə də bunun üçün düz gələn sözləri tapmaqda çətinlik çəkirdim. Uşaqlar duymaq bacarığına malikdirlər, amma duyduqlarını ifadə etmək bacarığından məhrumdurlar, hətta bunları qismən də olsa, deyə bilsələr belə, onu tam ifadə etməkdə gücsüzdürlər.
Mən səni dilimə gətirəcəyim hər bir sözdən qat-qat çox sevirəm. Amma hisslərimi açıb büruzə vermək fikrində deyiləm. Qoy mən tikanlı olum, amma bununla səni də, özümü də uçurum kənarında tutub saxlaya biləcəm.
Sayfa 412Kitabı okudu
Bəzən bir söz ürəyə daha çox istilik gətirə bilər,nəinki çox danışıq.
Sayfa 340Kitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.