Cinayət və Cəza

Fyodor Dostoyevski

Cinayət və Cəza Quotes

You can find Cinayət və Cəza quotes, Cinayət və Cəza book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Hər şey adamın öz əlindədir,ancaq adam nəyinsə yanından əhəmiyyət vermədən keçirsə, deməli, bunu qorxduğu üçün edir... Bu, sübuta ehtiyacı olmayan bir həqiqətdir... İnsanlar ən çox nədən qorxurlar? Bu çox maraqlı sualdır. İnsanlar ən çox atacaqları qeyri-adi addımlardan, söyləyəcəkləri fərqli fikirlərdən qorxurlar...
Qızın ki, bir adama yazığı gəldi, bu onun üçün ən təhlükəli məsələdir. O, mütləq istəyəcək ki, bu adamı "xilas etsin", onu ağıla gətirsin, onu diriltsin, onu daha nəcib məqsədlərə dəvət etsin, onun qəlbində yeni həyat, yeni fəaliyyət həvəsi oyatsın..
Sayfa 581Kitabı okudu
Reklam
Hə, sən ağlayırsan, yenə də məni qucaqlayırsan - axı məni nə üçün qucaqlayırsan? Ona görə qucaqlayırsan ki, bunu bir başqasının üstünə yıxım, deyim ki, "sən də əzab çək, bu mənə yüngüllük gətirər!" Belə bir əclafı sevə bilərsənmi?
Sayfa 507 - parlaq imzalarKitabı okudu
Ancaq onda, yəni təzə tanış olanda adam həmişə dəmdəməki və səfeh olur; yanılır, lazım olanı görmür!
Sayfa 582Kitabı okudu
Ona lap əzab versələr də, o, haqsız iş tutmaz... O bilmir ki, insanlar arasında hər şeyin ədalətlə olması mümkün deyil, bunu başa düşmür, ona görə də əsəbləşir... Lap uşaq kimidir, lap uşaq kimi! O, ədalətlidir, ədalət də axtarır!
Sayfa 392 - parlaq imzalarKitabı okudu
...ancaq siz ərlə arvad,məşuqə ilə aşiq arasındakı işlərə heç vaxt qəti hökm verməyin. Burada həmişə elə yer olur ki, daim bütün dünya üçün gizlin qalır, bu ancaq onların ikisinə məlum olur.
Sayfa 586Kitabı okudu
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.