Cinayət və Cəza

Fyodor Dostoyevski

Quotes

See All
Hər şey adamın öz əlindədir,ancaq adam nəyinsə yanından əhəmiyyət vermədən keçirsə, deməli, bunu qorxduğu üçün edir... Bu, sübuta ehtiyacı olmayan bir həqiqətdir... İnsanlar ən çox nədən qorxurlar? Bu çox maraqlı sualdır. İnsanlar ən çox atacaqları qeyri-adi addımlardan, söyləyəcəkləri fərqli fikirlərdən qorxurlar...
Hə, sən ağlayırsan, yenə də məni qucaqlayırsan - axı məni nə üçün qucaqlayırsan? Ona görə qucaqlayırsan ki, bunu bir başqasının üstünə yıxım, deyim ki, "sən də əzab çək, bu mənə yüngüllük gətirər!" Belə bir əclafı sevə bilərsənmi?
Sayfa 507 - parlaq imzalarKitabı okudu
Reklam
Qızın ki, bir adama yazığı gəldi, bu onun üçün ən təhlükəli məsələdir. O, mütləq istəyəcək ki, bu adamı "xilas etsin", onu ağıla gətirsin, onu diriltsin, onu daha nəcib məqsədlərə dəvət etsin, onun qəlbində yeni həyat, yeni fəaliyyət həvəsi oyatsın..
Sayfa 581Kitabı okudu
Ona lap əzab versələr də, o, haqsız iş tutmaz... O bilmir ki, insanlar arasında hər şeyin ədalətlə olması mümkün deyil, bunu başa düşmür, ona görə də əsəbləşir... Lap uşaq kimidir, lap uşaq kimi! O, ədalətlidir, ədalət də axtarır!
Sayfa 392 - parlaq imzalarKitabı okudu
Avdotya Romanovna, bu, uzun məsələdir. Bunu sizə necə başa salım; bunun əsasında nəzəriyyə var, bu da mən deyənə oxşayır, mən deyirəm ki, məsələn, əgər əsas məqsəd xeyrlidirsə, bir dəfə edilən zülmə yol vermək olar. Bir cinayətkarlıq, yüz yaxşı iş!
Sayfa 601 - parlaq imzalarKitabı okudu
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.