Əclafın Ölümü

İntiqam Əli

Əclafın Ölümü Hakkında

Əclafın Ölümü konusu, istatistikler, fiyatları ve daha fazlası burada.

Hakkında

Hüquq müdafiəçisi, keçmiş siyasi məhbus İntiqam Əliyevin daha bir romanı (ilkin variant) oxucuların ixtiyarına verilib. “Əclafın ölümü” əsəri avtoritar idarəçilik şəraitində cəmiyyətdə baş verən deqradasiya, ikiləşmə prosesləri barədədir. Opponentlərini sıradan çıxarmaq üçün ixtiyar sahiblərinin hər vasitəni məqbul saydığı ölkədə sistem daim əclaf istehsalı ilə məşğuldur; bu dəyirmana hər kəs düşə və oradan salamat çıxmaya bilər. Hər şeyin alınıb-satıldığı, dəyərlərin baş-ayaq olduğu, birtərəfli yazılmış sərt oyun qaydalarının olduğu mühitdə hər kəs potensial qurbandır. Təsadüfi deyil ki, kitabın əsas sloqanı kimi onun “əclaflar barədə deyil, onları yetirən sistem barədə olduğu” vurğulanır. Əsə­rin əsas qəh­rə­ma­nı hakimiyyətin basqılarına məruz qalan medianın, jurnalistlərin, ictimai-siyasi fəalların işlərini çıxan az sayda mübariz vəkillərdən biridir. Ölkəni idarə edənlərin ünvanına tez-tez sərt tənqidlər səsləndirir. Çoxsaylı xəbərdarlıq, real təhdidlər və məruz qaldığı sui-qəsd də onu yolundan döndərə bilmir. İdarəçilər üçün ciddi başağrısına çevrilən vəkilin həbsi məsələsi ən yüksək səviyyədə gündəmə gətirilir və o, saxta ittihamlarla zindana atılır. Təkcə öz ölkəsində deyil, kənarda da müdafiəsi üçün kampaniyalar təşkil olunur, adı dünyada tanınmış dustaqlarla yanaşı çəkilir, ən nüfuzlu ödüllərə layiq görülür, öz ölkəsindən çox-çox uzaqlarda da mübarizə simvollarından birinə çevrilir. Beş illik həbs həyatından sonra, nəhayət, azadlığa buraxılır və daha böyük enerji ilə mübarizəyə atılır. Bu dəfə tam fərqli cəbhədə - vaxtilə çiyin-çiyinə dayandığı, onun müdafiəsinə qalxan, çətin anlarında yanında olan kəsimə, keçmiş əqidə yoldaşlarına qarşı... Əsər tanınmış vəkil, 2015-ci ildə ağır xəstəlikdən vaxtsız dünyasını dəyişmiş Elton Quliyevin xatirəsinə ithaf olunub. Müəllifin “Meydan” adlı ilk romanı 2018-ci ildə nəşr edilib. Kitabın elektron variantını bu linkdən əldə etmək olar
Türler:
Basım Tarihi: 2019
Ülke: TürkiyeDil: AzericeFormat: E-kitap
Reklam

Kitap İstatistikleri

Kitabın okur profili

Kadın% 59.5
Erkek% 40.5
0-12 Yaş
13-17 Yaş
18-24 Yaş
25-34 Yaş
35-44 Yaş
45-54 Yaş
55-64 Yaş
65+ Yaş