Əclafların Qanunu

Çingiz Abdullayev

Əclafların Qanunu Posts

You can find Əclafların Qanunu books, Əclafların Qanunu quotes and quotes, Əclafların Qanunu authors, Əclafların Qanunu reviews and reviews on 1000Kitap.
Birinci Qarabağ müharibəsi dövrü
bu müharibədə mənim ən çox erməni və azərbaycanlıların sadə insanlarına yazığım gəlir. Onları bir-birilərinə qarşı qaldırıb indi onların qanıyla varlanırlar.
Sayfa 504Kitabı okudu
Reklam
Fırıldaqçı, fleqmatik, rüşvətxor olmaq olardı. Hətta oğru da olmaq mümkün idi. Amma müharibə zamanı vətənpərvər olmamaq ayıb sayılırdı. Və təhlükəsiz də deyildi. Sadəcə, işdən çıxara bilərdilər.
Sayfa 319Kitabı okudu
İstənilən kişinin seksuallığında heyvani, vəhşi, azğın, qəlbi parçalayan aclıq hissi var. Qadının seksuallığısa daha çox torpağın çağırışını, yazda ilk pöhrələri, budaqlarda göyərən tumurcuqları, yarpaqları xatırladırdı. Qadın sanki öz daimi borcunu ödəyir, kişisə özünü dəlisovluğun qollarına atır.
Sayfa 299Kitabı okudu
istənilən qadın bir kişinin onu istədiyini və ya laqeyd olduğunu hiss edir.
Sayfa 299Kitabı okudu
Vətəndaş müharibəsi zamanı ölüm – ən dəhşətli şərəfsizlik və kədər idi. Çünki xalqın oğulları öz qardaşlarının əlilə öldürülür. Sanki göylərdən gələn, xalqı lənətləmiş bir cəzadır.
Sayfa 295Kitabı okudu
Reklam
Əgər sən öz evini sevirsənsə, bu o demək deyil ki, qonşunun evini yandırmalısan. Əgər öz xalqını sevirsənsə, bu o demək deyil ki, bütün digər xalqlar zibildir.
Sayfa 294Kitabı okudu
Azərbaycan dilində “rüşvət” sözü “hörmət” sözüylə əvəz olunmuşdu.
Sayfa 281Kitabı okudu
İstənilən müharibə, hətta ən ədalətlisi belə sonradan öz xalqını da buna sövq edən yaramazlar tərəfindən başladılır. Ümumiyyətlə, istənilən müharibə əclafların şərəfli insanlara qarşı dilbirliyidir.
Sayfa 115Kitabı okudu
“Əclafların qanunu”
Dostun səni ələ verməzdən əvvəl sən onu satmağa macal tap. Öz vicdanını münasib qiymətə satmağa imkan tap, nə qədər ki, bunu sənin şəriklərin etməyib. Bir sözlə, xəyanət etməyə macal tap, yoxsa bunu başqaları edəcəklər.
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.