Çocuk Geliyor

Han Kang

Çocuk Geliyor Quotes

You can find Çocuk Geliyor quotes, Çocuk Geliyor book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
İnsanlar qəşəng geyinib, keçinmişdilər, heçnə olmamış kimi deyib-gülürdülər. Elə bil bu ölkədə yaşamırdılar. O qədər adam ölmüşkən nə haqla belə əylənirdilər?
Sayfa 196Kitabı okudu
Xeyli gedəndən sonra bir də gördüm ki, sən demə, sağ əlim sol sinəmin üstündə imiş. Elə bil ürəyimin üstündə çat vardı. Elə bil ancaq belə etməklə ürəyimi sağ-salamat daşıya bilirdim.
Sayfa 197Kitabı okudu
Reklam
"Ölüm də, yəqin, bu məhkum paltarı kimi soyuqdur", - o an ağlımdan keçdi. Əgər ötən yay başıma gələnlər yaşamaq idisə, qana və tərə bulaşmaq yaşamaq idisə, nə qədər inildəsəm də, keçmək bilməyən o saniyələr, alçaldıcı aclıq içində xarab olmuş, cücərmiş soyaları yemək yaşamaq idisə, o zaman ölüm onların hamısını birdəfəyə silən fırça idi, yəqin.
Sayfa 119Kitabı okudu
Bir-birimizlə danışa bilməsək də, hiss edirdik ki, var gücümüzlə bir-birimizi düşünməyə can atırıq. Axırda, deyəsən, vaz keçib uzaqlaşdı. Mən yenə tək qaldım.
Daha qorxmadığımı, ölümü vecimə almadığımı, onlarla adamın qanının birləşərək nəhəng bir damara çevrildiyini hiss etmişdim. Hələ də xatırlayıram. O damara qan vuraraq döyünən, dünyada ən böyük, ən uca olan bir şeyi - ürəyi hiss edirdim
Sayfa 112Kitabı okudu
Geri195
955 öğeden 951 ile 955 arasındakiler gösteriliyor.