Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təhlükəli Yaşamağın Sevinci

Cəsarət

Osho

Cəsarət Gönderileri

Cəsarət kitaplarını, Cəsarət sözleri ve alıntılarını, Cəsarət yazarlarını, Cəsarət yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Mən tək olanda, hiss edirəm ki, içimdəki bəzi şeyləri kənara qoyub insanları sevə bilərəm, amma onların olduğu yerə girən kimi bütün qapılarım bağlanır.
Sayfa 175
Reklam
Bu mənim müşahidəmdir: başına nə gəlirsə gəlsin, günahkar sənsən. Başqa heç kim sənə heç nə etmir. Sən belə olmağını istədin, belə də oldu.
Sayfa 126
Dua
Dua, yaşanan təcrübə olmalıdır, ürəkdən ürəyə dialoq olmalıdır. Qısa müddət sonra, əgər həqiqətən də ürəkdən danışırsansa, təkcə danışdığını hiss etməzsən, qarşılığı da orada olar. Onda dua özünü tapır, yetkinləşir. Qarşılığı hiss etdiyin vaxt, təkcə, sən danışmazsan - əgər monoloq davam edirsə, bu, hələ də dua deyil - bu, dialoqa çevrilir. Sən, təkcə, danışmazsan, həm də dinləyərsən.
Sayfa 82
Dua aşiq olmaqdır; bütövlüyə aşiq olmaqdır.
Sayfa 81
Reklam
Yaddaş vs Həqiqət
Yaddaş həqiqət deyil və heç vaxt da ola bilməz, çünki həqiqət həmişə diridir, həqiqət həyatdır, yaddaş, artıq olmayan şeydə dirəşib qalmaqdır. Qarabasma dünyasında yaşamaqdır, ancaq, bizi özündə saxlayar, bizim həbsxanamızdır. Əslində, o bizik. Yaddaş düyünü atar və "mən" deyilən eqo kompleksini yaradar. Süni olan "mən" adındakı varlıq, təbii olaraq, mütəmadi olaraq ölümdən qorxar. Ona görə sən də yenilikdən qorxarsan.
Sayfa 65
Daha yaxşı dünyada hər ailə öz uşaqlarından öyrənəcək. Onlara nəsə öyrətmək üçün nə qədər tələsirsən! Heç kim onlardan nəsə öyrənmək istəmir, əslində, onların sənə öyrədəcəyi o qədər şey var ki... Səninsə onlara öyrədəcəyin heç nə yoxdur.
Sayfa 59
Sahib olduğun şey gözünün qabağında olanda ona əhəmiyyət vermirsən. Sənə onun itirilmə ehtimalı göstərilməlidir; ancaq o halda nə itirdiyini anlayarsan.
Sayfa 58
Həyat problem deyil. Onu problem hesab etmək yola yanlış addımla başlamaqdır. O, yaşanacaq, seviləcək, sınaqdan keçiriləcək bir sirdir.
Sayfa 35
Reklam
Adamlar niyə etibar etmir?
Çünki onlar öz zəkalarına etibar etmirlər. Qorxurlar, aldadılmaqdan qorxurlar.
Sayfa 34
Çiçəyə baxarkən çiçək ol
Laqeydlikdən, obyektivlikdən, ayrı dayanmaqdan uzaqlaş. Bütün elmi yanaşmalardan uzaq dur. Bir az daha axıcı ol, bir az yumşaq hala gəl, sərhədlərini aradan götür. İmkan ver çiçək ürəyinlə danışsın, imkan ver çiçək varlığına hopsun. Onu dəvət et – o, qonaqdır! Ancaq o vaxt sirrin dadına baxmış olarsan.
Sayfa 33
Hər an hazır olmalısan, çünki qərar anında verilməlidir.
Sayfa 24
Fikir nədir?
O, bildiyin hər şeydir. O, keçmişdir, ölmüş və geridə qalmış şeylərdir. Fikir, yığılıb qalan keçmişdən başqa bir şey deyil, hafizədir. Ürək isə gələcəkdir; həmişə ümiddir, ürək həmişə, haradasa, gələcəkdədir. Baş, keçmiş haqqında fikirləşir; ürək gələcəyi arzulayar.
Sayfa 20
"Courage"
İngiliscə cəsarət mənasını verən "courage" kəlməsi çox maraqlıdır. Bu, latınca "ürək" mənasını verən "cor" kökündən gəlir. "Courage" kəlməsi "ürək" mənasını verən "cor" birləşməsindən əmələ gəlib "cəsur olmaq", "ürəklə yaşamaq" deməkdir.
Sayfa 19
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.