Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Cəsur Qızlar

Kolektif

Yorumlar ve İncelemeler

Tümünü Gör
46 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 saatte okudu
20 Cəsur Qadın
20 cəsur qadının 20 ilhamverici bioqrafik hekayəsi . Müxtəlif zamanlarda cəmiyyətin tənqid və təqiblərinə məruz qalmaqlarına baxmayaraq arzularının arxası ilə gedən 20 qadın . Qadınlarla kişilərin eyni hüquqlara sahib olduğunu sübut edən 20 qadın . Cəsur qadınların həyat hekayələrini oxumaq maraqlı idi , oxuyacaq olan hər kəsə xoş mütaliələr diləyirəm .
Cəsur Qızlar
Cəsur QızlarKolektif · Bakı, Alatoran Yayınları · 201910 okunma
Reklam
46 syf.
9/10 puan verdi
Bir - birindən fərqli 20 azərbaycanlı qadın və onları birləşdirən əzmləri, cəsurluq və inamları. Ötən əsrlərin ən igid qadınları, öz dediklərini edən və öz arzularının arxasınca gedən qəhraman qadınlar! Həqiqətən də fəxr olunacaq qadınlarımız var!
Cəsur Qızlar
Cəsur QızlarKolektif · Bakı, Alatoran Yayınları · 201910 okunma
46 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Arzularınızın arxasınca getmirsinizsə, onlara layiq deyilsiniz.
Vətənimin 20 igid qadınının müvəffəqiyyət hekayəsi olan bu kitab, qəlbimdə hər keçən gün solmağa üz tutan 'bərabərlik' ideasını qanadlandırdı. XXI əsrdə belə cahil düşüncələrlə sınanan ölkəmdən igid və cəsur qadınların hekayələrini dinləmək məni yenidən ilhamlandırdı. Artıq tarix kitablarında yalnızca tarix yazan kişilərdən bəhs olunmasın.Tarix yazan qadınlarımızın da hər birinin bəhsi keçsin, keçsin ki, təhsil alan körpə qızlarımıza ilham olsunlar, gələcəklərini işıqlandırsınlar. Onları tanısınlar ki, din ilə elmi, mədəniyyət ilə mentaliteti bir-biriylə qarışdırmasınlar. Geyimcə yox, ağılca müasir ola biləcəyimiz günlərə qovuşmaq diləyi ilə.. Not: İlk vərəqdən son vərəqə qədər ağlamışam.
Cəsur Qızlar
Cəsur QızlarKolektif · Bakı, Alatoran Yayınları · 201910 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.