Bu metod həyatda yalnız müsbət, dəyərli şeyləri görməyə, həyatın mənasını tapmağa yönəlmişdir. Loqoterapiyaya görə, mədənlərdə qızıl axtaranların çirkab palçığa bulaşmış qızılı axtarıb üzə çıxartdıqları kimi, insanlar da həyatın hər bir hadisəsində mövcud olan gözəl mənanı anlamağa çalışmalıdırlar.