You can find Cümhuriyyət Xatirələri books, Cümhuriyyət Xatirələri quotes and quotes, Cümhuriyyət Xatirələri authors, Cümhuriyyət Xatirələri reviews and reviews on 1000Kitap.
Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qabiliyyət qüvvəsi qızıl istibdad zülmü altında inləyən əziz Vətənimizdə 1918-ci ilin 28 Mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, Vətəndaşlar!
Üçrəngli İstiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm:
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Əli Yusif bəy nitqində 28 Mayın mahiyyətini belə anlatmışdı: "Bəli, əfəndilər, 28 May böyük Tofiq Fikrətin dediyi kimi "millət yoludur, haqq yoludur" ki, indən belə artıq bu yolun üzərində yürüyəcəyik..."
Tarixin bəzi təbii cərəyanları olur ki,heç bir qüvvət onların qarşısını ala bilmir,fərd nə qədər alim olursa olsun şaşırar,yanılar,yanlış yollara sapa bilər.Fəqət tarix əsla şaşırmaz və olacaq öz təbiətiylə olur!