Danışan Kürk

Kalman Mikszath

Danışan Kürk Gönderileri

Danışan Kürk kitaplarını, Danışan Kürk sözleri ve alıntılarını, Danışan Kürk yazarlarını, Danışan Kürk yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
180 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 günde okudu
Kitabı Qanun nəşriyyatının endirimləri zamanı cəmi 1 manata almışam. Məni ən çox adı və üz qabığındakı şəkil cəlb etmişdi. Yaxşı ki, əldə etmişəm. Əsərdə macar şəhəri Keçkemetə bələdiyyə sədrinin seçilməsi və sədrin şəhəri talançılardan qoruma cəhdləri, bu yolda Osmanlı sultanından ənam kimi kürk almağı, daha sonra onun və Keçkemetin başına gələnlər təsvir edilir. Maraqlı, bəzi hissələrdə əyləncəli, bəzi hissələrdə isə düşündürücü kitab idi.
Danışan Kürk
Danışan KürkKalman Mikszath · Qanun Nəşriyyatı · 20178 okunma
— Talemi? — Yaşlı adam qoca qarı kimi yenə də gözlərindən yaş axıtmağa başladı. Tale elə bir fahişədir ki, peşəsinin mahir ustası olan qadınlardan heç nə ilə fərqlənməz. Daim yeni kişilərin dalınca qaçar. Bir dəfə iş gördüyü kişiyə ikinci dəfə yaxınlaşmaq istəməz.
Reklam
180 syf.
10/10 puan verdi
·
31 saatte okudu
Əsər tarixi faktlara əsaslanır. Və kitab macarcadan türkçəyə, türkçədən bizim dilə Vilayət Quliyev tərəfindən çevrilmişdir. Məlumdur ki həm tarixi həm də macar adları olduğu üçün obrazların adlarını uyğunlaşdırmaq çətin məsələdi. Paxıl və başından düşmən əksik olmayan bir millət —Keçkemetlilerin başına gələn hadisələrdən bəhs edir.
Danışan Kürk
Danışan KürkKalman Mikszath · Qanun Nəşriyyatı · 20178 okunma
Yalnız Buda qaimməqamının təmsilçisi, xərac toplamaq üçün Keçkemetə gələn Xəlil əfəndi yeni bələdiyyə başçısını ziyarətə gələndə qarşısına saqqalsız bir gəncin çıxdığını görüb qaş-qabağını tökmüşdü. Vəziyyətin nə yerdə olduğunu başa düşən bələdiyyə sədri də dərhal arxasını qonağa çevirib qapını çırpmış, bir neçə dəqiqə sonra isə çavuş Pintö uzun saqqallı bir keçini darta-darta Xəlil əfəndinin məqamına gətirmişdi. — Bu ağılsız heyvanı niyə bura sürüyürsən, imansız köpək? — deyə Xəlil əfəndi hirslə qışqırmışdı. — Bələdiyyə sədrinin əmrini yerinə yetirirəm. Dedi ki, keçinin uzun saqqalı olduğundan zati-aliniz onunla görüşüb ixtilat etməyi daha vacib saymısınız.
Seneca Demiş
Kadının, yağmur başına aktığı zaman saçak altına çekilmeyi düşünecek kadar aklı olsa yeter
Sayfa 86 - Yeniinsan Yayınevi
zayıflık
Bir dakikalık zayıflık büyük adamların düşmesine yol açar
Sayfa 71 - Yeniinsan Yayınevi
Reklam