Daosizm

Lao Tzu

Daosizm Quotes

You can find Daosizm quotes, Daosizm book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Hardan gəldiyini xatırla, Müdrikliyin canı budur.
Sayfa 25
Çox danışdıqca, az anlayırsan Dərhal ortanı tut.
Sayfa 19
Reklam
22
Tam olmaq istəyirsənsə, yarımçıq olmağı icazə ver özünə. Düz olmaq istəyirsənsə, əyri olmağı icazə ver özünə. Dolu olmaq istəyirsənsə, boş olmağı icazə ver özünə. Yenidən doğulmaq istəyirsənsə, ölməyi icazə ver özünə. Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et. Daoda məskən salmaqla müdrik bütün varlıqlara nümunədir. Özünü göstərmədiyi üçün insanlar onun nurunu görǝ bilirlər. Heç nəyi sübut etmək istəmədiyi üçün insanlar onun sözlərinə inanırlar. Özünün kim olduğunu bilmədiyi üçün insanlar özlərini onda tanıya bilirlər. Ağlında hədəf olmadığı üçün gördüyü hər işdə uğur qazanır. Qədim müdriklər boş yerə demirdilər: "Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et" Yalnız Daoda yaşamaqla sən tam olaraq özün ola bilərsən.
36
Bir şeyi sıxmaq üçün əvvəlcə genişləndirmək lazımdır. Bir şeydən azad olmaq üçün onun çiçəklənməsinə imkan verməlisən. Bir şeyi almaq üçün əvvəlcə onu vermək lazımdır. Buna nəsnələrin təbiətinin qavranılması deyilir. Yumşaq sərtə qalib gəlir. Lǝng cəldə qalib gəlir. İşini sirr kimi saxla, İnsanlara yalnız nəticələri göstər
Adi insan tənhalığı sevmir. Müdrik isə ondan yararlanır. Öz tənhalığını qucaqlayaraq və gerçəkləşdirərək, o, bütün kainatla vəhdətdədir.
Sayfa 43 - Teas PressKitabı okudu
Doğru sözlər qulağa xoş gəlmir. Qulağa xoş gələn sözlər - doğru deyillər. Yaxşı insan mübahisədə usta deyil. Mübahisədə usta olan - yaxşı insan deyil. Bilən sübur etmir. Sübut edən - bilmir. Müdrik toplamır. Başqalarına nə qədər çox verirsə,o qədər varlı olur. Göyün Daosu - fəaliyyət göstərmək və başqalarına mane olmamaq.
Reklam
Bir dəfə mən, Çjuan Tzı yuxuda kəpənək olduğumu görmüşdüm. Ora-bura uçuşur, kim olduğumun fərqinə varmadan həyatdan həzz alırdım. Qəfildən oyandım və Çjuan Tzı olduğunu gördüm. Çjuan Tzımı kəpənək olduğunu yuxuda görürdü, yoxsa kəpənəkmi yuxusunda Çjuan Tzı olduğunu görür? Çjuan Tzı ilə kǝpənək arasında bir fərq olmalıdır. Bax, çevrilmə budur!
Sayfa 90 - İç bölümlər / 2.20. Kəpənək yuxusuKitabı okudu
İnsanları xoşbəxt etməyə çalışın, Bədbəxtliyin əsasını qoymuş olacaqsınız. İnsanları əxlaqlı etməyə çalışın, Günahların əsasını qoymuş olacaqsınız.
Sayfa 51 - Teas PressKitabı okudu
Qulaqlar yalnız dinləyə bilir, ağıl yalnız düşünə bilir, həyat enerjisi isə hər şeyi qavrayır.
Sayfa 101 - İç bölümlər / 4.1.Kitabı okudu
Dinlər olmasaydı, insanlar Allahı tapardılar.
Sayfa 28 - Dao De Çinq / 19.Kitabı okudu
51 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.