Daosizm

Lao Tzu

Quotes

See All
Hardan gəldiyini xatırla, Müdrikliyin canı budur.
Sayfa 25
Çox danışdıqca, az anlayırsan Dərhal ortanı tut.
Sayfa 19
Reklam
22
Tam olmaq istəyirsənsə, yarımçıq olmağı icazə ver özünə. Düz olmaq istəyirsənsə, əyri olmağı icazə ver özünə. Dolu olmaq istəyirsənsə, boş olmağı icazə ver özünə. Yenidən doğulmaq istəyirsənsə, ölməyi icazə ver özünə. Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et. Daoda məskən salmaqla müdrik bütün varlıqlara nümunədir. Özünü göstərmədiyi üçün insanlar onun nurunu görǝ bilirlər. Heç nəyi sübut etmək istəmədiyi üçün insanlar onun sözlərinə inanırlar. Özünün kim olduğunu bilmədiyi üçün insanlar özlərini onda tanıya bilirlər. Ağlında hədəf olmadığı üçün gördüyü hər işdə uğur qazanır. Qədim müdriklər boş yerə demirdilər: "Hər şeyin sənə verilməsini istəyirsənsə, hər şeydən imtina et" Yalnız Daoda yaşamaqla sən tam olaraq özün ola bilərsən.
36
Bir şeyi sıxmaq üçün əvvəlcə genişləndirmək lazımdır. Bir şeydən azad olmaq üçün onun çiçəklənməsinə imkan verməlisən. Bir şeyi almaq üçün əvvəlcə onu vermək lazımdır. Buna nəsnələrin təbiətinin qavranılması deyilir. Yumşaq sərtə qalib gəlir. Lǝng cəldə qalib gəlir. İşini sirr kimi saxla, İnsanlara yalnız nəticələri göstər
Adi insan tənhalığı sevmir. Müdrik isə ondan yararlanır. Öz tənhalığını qucaqlayaraq və gerçəkləşdirərək, o, bütün kainatla vəhdətdədir.
Sayfa 43 - Teas PressKitabı okudu
Doğru sözlər qulağa xoş gəlmir. Qulağa xoş gələn sözlər - doğru deyillər. Yaxşı insan mübahisədə usta deyil. Mübahisədə usta olan - yaxşı insan deyil. Bilən sübur etmir. Sübut edən - bilmir. Müdrik toplamır. Başqalarına nə qədər çox verirsə,o qədər varlı olur. Göyün Daosu - fəaliyyət göstərmək və başqalarına mane olmamaq.
Reklam
Bir dəfə mən, Çjuan Tzı yuxuda kəpənək olduğumu görmüşdüm. Ora-bura uçuşur, kim olduğumun fərqinə varmadan həyatdan həzz alırdım. Qəfildən oyandım və Çjuan Tzı olduğunu gördüm. Çjuan Tzımı kəpənək olduğunu yuxuda görürdü, yoxsa kəpənəkmi yuxusunda Çjuan Tzı olduğunu görür? Çjuan Tzı ilə kǝpənək arasında bir fərq olmalıdır. Bax, çevrilmə budur!
Sayfa 90 - İç bölümlər / 2.20. Kəpənək yuxusuKitabı okudu
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.