Ədəbiyyatın Bəxtsiz və Şıltaq Övladları

Cəlil Cavanşir

Comments and Reviews

See All
140 syf.
6/10 puan verdi
·
Read in 27 hours
Kitab mağazasında görüb "Mücrü Nəşriyyatı"nda nəşr edilən "Bir Saatda Tarix" seriyası çox maraqlı gəldi, ona görə oxumaq istədim.
Cəlil Cavanşir
Cəlil Cavanşir
'in 25 yazıçı, şair barədə 3-4 səhifəlik araşdırmasından ibarət idi: Peyami Safa, Musa Cəlil, Haynrix Böll, Paul Heyze, Trumen Kapote, Kazanova, Stendal, Corc Ourel, Tomas Mann, Sərdar Əsəd, Gündüz Əsəd və s. Kitabın adından da göründüyü kimi, yazıçıların yaşadıqları uğursuzluqlar, bəxtsizliklər barədə yazılıb. Azərbaycanlı (Cənubi və Şimali) və türkiyəli yazıçılarla bağlı araşdırmaları, xarici yazıçılara nisbətən daha az maraqlı idi. "Trumen Kapote" və "Pol Verlen və Artur Rembo" başlıqlı iki araşdırması homoseksuallıq ilə bağlı idi ki, bu da məni çox təəccübləndirdi. Amma təbii ki, "Tomas Mann"la bağlı araşdırmasında Tomas Mann'ın homoseksual asılılığı ilə bağlı yazdığı cümlə — “Bioqrafiyasının bu (homoseksual asılılıq) xoşagəlməz tərəfi...” diqqətimdən yayınmadı. Yerli yazıçılardan "Əliağa Kürçaylı"nın həyatı daha təsirli idi. Xarici yazıçılardan da "Pol Verlen və Artur Rembo". Daha yaxşı bir şey gözləyirdim, amma yenə də, yazıçı zəhmət çəkib. Oxuyacaq olanlara xoş mütaliələr;
Ədəbiyyatın Bəxtsiz və Şıltaq Övladları
Ədəbiyyatın Bəxtsiz və Şıltaq ÖvladlarıCəlil Cavanşir · Mücrü Nəşriyyatı · 02 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.