Dinlə Məni

Məsudə Cabbar

Dinlə Məni Quotes

You can find Dinlə Məni quotes, Dinlə Məni book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Uğursuzluq yaşamısan? Rədd elə getsin.. Yıxılmısan? Gül və ayağa qalx! Sevilmirsən? Daha çox sev! Ağlayırsan? Daha möhkəm hönkür.. Amma sonra qalx və makiyajını təzələ!
Reklam
-necə kömək edə bilərəm? -söhbət edərək.. -səni tanımıram.. -söhbət də elə tanımaq üçündür də..
Xatirələr... Xatirələrin ən gözəl yanı onlara istədiyiniz zaman qayıda bilməyinizdir. Heç kim onları sizdən ala bilməz, sizə qarşı çıxa bilməz... Çünki əgər xatirələr dəyişibsə, onlardan əvvəl sən dəyişmisən deməkdir.
Hansısa xəstəliklə vəya porblemlə savaşarkən siqaretə üz tutan insanların bu hərəkətləri dənizin dərinliyində boğulan birinin hansısa bir yerə tutunmağa çalışaraq çırpınmasına bənzəyirdi.
Sayfa 181 - Bakı–2018Kitabı okudu
Bu danılmaz həqiqətdir ki, ölüm xəbərləri illər əvvəlkinə nəzərən günümüzdə öz sarsıdıcılığını nisbətən itirib.Artıq insanlar bu kimi xəbərlər eşidərkən iç çəkmir, bəzən üz ifadələri belə dəyişmir..
Sayfa 157Kitabı okudu
Reklam
“Sevgi ilə qurulan evliliyin nazilsə də qopmayan müqəddəs ipləri…”
Dünya təhlükəli, çirkabla dolu zibillik idi.. Amma arada bir, qısa bir an üçün zibillərin altında qalan asfaltı deşib keçərək sənə gülümsəyən yaşıl fidanları görə bilərdin..
“İnsan hər zaman ölümün yad adamlar üçün var olduğunu düşünür,nədənsə..Nə özünə yaraşdırır,nə sevdiklərinə…”
İnsan əslində nə qədər aciz, cılız varlıqdır, bir düşünün.. Nə öyrədilsə ona inanır.. Nə əzbərlədilsə bunu doğru olaraq qəbul edir.. Ta ki, önünə başqa bir seçim gətirilənə qədər..
Reklam
..bəzən olur, insan yanında hansısa yalana birlikdə inanacağı kimisə arzulayır..
Sayfa 113Kitabı okudu
Ürəyim bədənimi tərk edib haradasa müxtariyyət elan etmişdi deyəsən. Öz kefinə görə sürətlə döyünür, bəzən də tamam dayanacaq qədər yavaşlayırdı..
Haqlı idi, bizə susmağı öyrədirdilər. Valideynlərimizə dinlə bağlı sual verəndə bizə göz ağardırdılar. "Günahdır, belə sözlər danışma.!" Dövlət haqqında sual verəndə göz ağardırdılar. "Danışma, təhlükəlidir.!" İnsanlar haqqında sual verəndə göz ağardırdılar. "Danışma, ayıbdır.!"
Hər kəs ağzını açan kimi dürüstlükdən danışır..Ləyaqətdən,doğruluqdan..yalansız mükəmməl bir həyatdan..Bir soruşan lazımdır ki, ay bədbəxt, sən buna nə qədər hazırsan? İşə gedərkən qonşularının pəncərə arxasından səni güdüb,heç bir günahın yoxkən, sırf qadınsan deyə “gedir yenə..” dediyini eşitsən nə edəcəksən? Və ya dostlarının çoxunun həqiqətən səni sevmədiyinin, qohumlarının demək olar ki, hər birinin sənin haqqında pis düşündüyünü? Hazırsan mı buna? Yaxşı görək..Dürüstlükmüş..!
Sayfa 265Kitabı okudu
Maddi cəhətdən sıxıntılı keçən zamanların ən gözəl tərəfləri bir müddət sonra şirin xatirəyə çevrilməsi idi.
236 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.