Dinlə Məni

Məsudə Cabbar

Oldest Dinlə Məni Quotes

You can find Oldest Dinlə Məni quotes, oldest Dinlə Məni book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Uğursuzluq yaşamısan?Rədd elə getsin..Yıxılmısan?Gül və ayağa qalx!Sevilmirsən? Daha çox sev! Ağlayırsan? Daha möhkəm hönkür..Amma sonra qalx və makyajını təzələ!
İnsanları ayaqda tutan şey nə idi? Sevgi? Niyə bu qədər ağrıdırdı bəs ?Niyə hər şey savaşla qazanılmalı idi?
Reklam
İnsan əslində nə qədər adi,cılız varlıqdır,bir düşünün..Nə öyrədilsə ona inanır..Nə əzbərlədilsə bunu doğru olaraq qəbul edir..Ta ki önünə başqa bir seçim göstərilənə qədər..
Xatirələrin ən gözəl yanı onlara istədiyin zaman qayıda bilməyinizdir.Heç kim onları sizdən ala bilməz,sizə qarşı çıxa bilməz..Amma bəzi xatirələr var ki, onlara hər baxdığın zaman biraz daha dəyişdiyini görürsən..Yox..Bilmirəm,bəlkə də dəyişən bizik. Həyata qarşı baxışlarımız hansısa hadisənin gözümüzdəki yerini dəyişə bilir.Çünki əgər xatirələr dəyişibsə, onlardan əvvəl sən dəyişmisən deməkdir..Baxışların dəyişib, düşüncələrin, yaşadıqların ,hər şeyin..Əvvəl ağladığın şeylər indi çevrilib olub sənin nəşə qaynağın..Zaman dramaları komediyaya çevirməkdə peşəkardır..
Hər şey yaxşı olacaq,hər şey yaxşı olacaq.Bu cümlənin özü belə sanki insana qışqırırdı: özünü aldatma, axmaq, özünü aldatma! Bir an üçün kaş dedim..kaş indi yanında ola bilsəydim..Bəzən olur,insan yanında hansısa yalana birlikdə inanacağı kimisə arzulayır..
İnsan nə qədər çox əşyası olduğunun ancaq yeni bir mənzilə köçən zaman fərqinə varır..Məncə dünyanın ən kədərli mənzərəsi iki insanın bir-birindən "köçməsini" izləməkdir..Bütün o məktublar, hədiyyələr,deyilən sözlər,birlikdə keçirilən şirinli-acılı günlərin xatirəsi bir anda-ayrılıq anında ortaya çıxır və hər biri dünyanın ən uzaq küncünə sovurulur..Bu səbəbdəndir ayrılıqdan sonra insanın yaşadığı o boşluq hissi..
Reklam
183 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.