Dinlər Təriqətlər Məzhəblər

Ziya Bünyadov

Dinlər Təriqətlər Məzhəblər Posts

You can find Dinlər Təriqətlər Məzhəblər books, Dinlər Təriqətlər Məzhəblər quotes and quotes, Dinlər Təriqətlər Məzhəblər authors, Dinlər Təriqətlər Məzhəblər reviews and reviews on 1000Kitap.
NAMAZ (fars.) - Müsəlmanların hərgünkü beşqat sübhçağı, günorta, günün ikinci yarısında, gün batanda və gecə ərəfəsində icra edilən ibadəti. Beşqat namaz hicrətin birinci yüzilliyində müəyyən edilib. Hər namaz qabağı dəstəmaz (abdest) alınır. Namaza, Quranın birinci, Fatihə surəsi, başqa surələrin ayələri, dualar daxildir və qəbul edilmiş hərəkətlə, təzimlərlə və s. müşayiət edilir. Namazı hər bir təmiz yerdə qılmaq olar, namaz qılan üzünü qibləyə tutur. Cümə günləri günorta namazı məsciddə qılınır.
MƏSCİD, Mascid - ərəbcədə "dik durmaq, əyilmək, baş əymək, alını yerə qoymaq" kimi mənalara uyğun gələn sed kökündən məkan adı olub, islamiyyətdə "ibadət yeri, məscid, came" mənasını alıb.
Reklam
QURAN, Qurani-Kərim - bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs kitabı, ərəb ədəbi dilinin ən möhtəşəm abidəsi və səmavi kitabların ən sonuncusudur. İlahi gözəlliyə malik olan bu əsər ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə hakim kəsilmiş, onların canına, qanına hopmuş, beyninə nüfuz etmişdir. Quranın ilahi gözəlliyini təsdiq etməyə təkcə bu kifayətdir ki, ərəb dilini bilməyənlər belə onu dinləməkdən doymur, ən müqəddəs kəlam kimi cani-dildən ona qulaq asırlar.
CƏHƏNNƏM VƏ CƏNNƏT - dini təsəvvürlərə görə bu dünyadakı davranışına görə ölümdən sonra insan ruhunun düşəcəyi məkan: dinin və din xadimlərinin ehkamlarını pozduğuna görə əzab-iztirab üçün ruh cəhənnəmə, bu ehkamlara ardıcıl riayət edənlər isə zövq-ləzzət almaq üçün cənnətə düşürlər.
AYƏ (ər. "möcüzə") - Quranın hər surəsinin tərkib hissəsini təşkil edən misra. Bir neçə sözdən ibarət olan cümlədir, az hallarda mürəkkəb olur. Ayələrin birləşməsi adətən qafiyələnir.
İradə - istəmək, diləmək deməkdir. Bir şeyi edib-etməməyi qərara almaq, qət etmək mənasına gəlir. Allah-təalə müriddir, yəni gördüyü işlərdə iradə sahibidir. İradə sifəti Allah haqqında vacib, iradənin ziddi olan məcburiyyət isə onun barəsində qeyri-mümkündür.
Reklam
17 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.