Dirilmə

Lev Tolstoy

Dirilmə Sözleri ve Alıntıları

Dirilmə sözleri ve alıntılarını, Dirilmə kitap alıntılarını, Dirilmə en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İnsanlar arasındakı qarşılıqlı məhəbbət insan həyatının əsas qanunudur .
Sayfa 390Kitabı okudu
O dua edir Allaha yalvarırdı ki, ona kömək etsin, varlığına daxil olub, onu təmizləsin, halbuki onun yalvarıb istədiyi şey artıq olmuşdu. Onun daxilində olan Allah şüurunda oyanmışdı.
Sayfa 113Kitabı okudu
Reklam
O, bir zamanlar öz düzlüyü ilə fəxr etdiyini, həmişə doğru danışmağı özünə qanun saydığını və həqiqətin doğruçu olduğunu, indi isə bütün varlığı ilə yalan , ən dəhşətli yalan ,ətrafındakı adamların həqiqət saydıqları yalan girdabına düşdüyünü xatırladı. Həm də bu yalan girdabından çıxmağa heç bir yol yox idi , hər halda o , bir çıxış yolu görmürdü. O da bura batıb qalmış , buna öyrənmiş və bunun içində xumarlanırdı
Sayfa 111Kitabı okudu
O çox sadə bir şey soruşurdu; niyə və hansı hüquqa görə insanların bir qismi başqalarını zindana salır ,onlara əzab verir, sürgün edib döyüb öldürür, halbuki bu adamların özləri əzab verdikləri döyüb öldürdükləri adamlardan heç də fərqlənmirlər.
Sayfa 346Kitabı okudu
Bütün insanlarda olduğu kimi, Nexlyudovun da varlığında iki insan yaşayırdı . Bunlardan biri - mənəvi insan özünə yalnız elə bir xoşbəxtlik axtarırdı ki, bu başqaları üçün də xoşbəxtlik olsun . O biri heyvani insan isə xoşbəxtliyi yalnız özü üçün axtarır
Məhkəmənin məqsədi cəmiyyəti indiki vəziyyətində saxlamaqdan ibarət olduğu üçün , həm ümumi səviyyədən yuxarda durub cəmiyyəti qaldırmaq istəyən və siyasi canilər adlanan adamları, həm də cəmiyyətdən aşağı olub , cani tiplər adlandırlanları təqib və edam edir.
Sayfa 356Kitabı okudu
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.