Poemalar, Şeirlər...

Dövrün Dəyirmanı

Musa Yaqub

Dövrün Dəyirmanı Sözleri ve Alıntıları

Dövrün Dəyirmanı sözleri ve alıntılarını, Dövrün Dəyirmanı kitap alıntılarını, Dövrün Dəyirmanı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
İndi nazın böyük, ürəyin aram Eh, mən də səninçün belə qalmaram. Bir də görərsən ki, bir ərk yerin yox. Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq, Onda biləcəksən mənim sevgimi. Biləcəksən, o da çox gec olacaq.
Hicranımsan, əzabımsan, ahımsan, Daha məni bu ahımdan ayırma.
Reklam
Doğrudan qəribə yaranmışıq biz, Palıdı ildırım vurur, dözürük, Amma bir çiçəyi dolu vuranda Bilmirəm neçinsə dözmür qəlbimiz. Qoruyub sevmişik zərif canları, Gözümüz o qədər gözə baxıb ki, İncə baxışlardan ilham almışıq. Gör zaman nə yerə gəlib çıxıb ki, Belə gözəlləri oda salmışıq.
Mənim gözəl qızım, qəm çəkmə hədər, Hərənin bəxtində bir nöqsan olur. Mən elə bilirdim bütün kişilər Sənin atan kimi mehriban olur.
Bəlkə gözləmirdik bu xoş görüşü. Yaman qəribədir dünyanın işi; Heç vaxt yollarında dayanmadığın Heç həndəvərində dolanmadığın Gəlib birdən sənə nə şirin olur! Ömrünün içində ömür doğulur...
Nə o ocaq közərəsi, sönəsi, Nə o günlər bir də geri dönəsi. Qəm eləmə, könlümün bir dənəsi. Bu dünyanın qara daşı göyərməz... Ot göyərdib o cığırım, o izim, Tufanlanıb çalxalanmaz dənizim Daha məndən sevgi umma, əzizim. Bu dünyanın qara daşı göyərməz.
Reklam
13 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.