Dünya Yuxutək Əriyir

Leyla Əliyeva

Dünya Yuxutək Əriyir Gönderileri

Dünya Yuxutək Əriyir kitaplarını, Dünya Yuxutək Əriyir sözleri ve alıntılarını, Dünya Yuxutək Əriyir yazarlarını, Dünya Yuxutək Əriyir yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Qorxutmasın səni bu fani puçluq, Sevgiylə qalibdir hər şeydə insan! Mənimçün sən varsan, nə qədər varam. Səninçün olacam, bil ki, hər zaman!
Bilirsən, nə qədər sevirəm səni? Bilirəm, bilirsən, başa düşürsən, Necə arzuların çin olmasını Gecələr Allahdan diləyirəm mən. Bilirsən, əbədi mən səninləyəm. Öpürəm işıqlı, saf gözlərindən. Nağıllardan gələn gülümsər körpəm.
Reklam
Oğlum♡
Ən gözəl sevgisən bu dünyada sən! Bəxş olunmamısan boş yerə mənə. Göydən sualıma cavab dilədim, O mələk göndərdi, cavab yerinə. İşıqlı təbəssüm, nur dolu gözlər... Baxdım saatlarla, oxudum, andım. Göylər nağılından oyandın burda Oyandın ki, səni bağrıma basım. Həsrətin, qüssənin dərmanı sənsən, Səhər sevincimsən, gecə işığım. Öpdükcə öpürəm ağ əllərini, Səndən doğma, əziz nəyim var axı!? Sən ki başqaları kimi deyilsən, Mələklər baş çəkir sənə hər zaman. Müqəddəs yuxular unudularmı? Onları gizlərəm, sökülüncə dan. Sən mənim sevgimsən, özün bilirsən, Səni ilk görən an necə titrədim... Ürəyimə salıb, bərk-bərk gizləyib Qəlbimin içində gültək bəslədim.
Sayfa 137Kitabı okudu
Sərxoşa, uşağa inanmırıq biz, Onların sözündə haqq dolaşsa da, Amma gözəlliyə hamı baş əyər, İçi məkr dolu hiylə olsa da.
Sayfa 126Kitabı okudu
Arzunu şüşətək qırmaq asandı, Sınanı yamamaq kimə nə verər?
Koram, nə qorxum var, nə hürküm mənim, Nədən qorxmalıyam, bir də ki, niyə? Mənim görənlərə yazığım gəlir, Qəlblərinin gözü kor imiş demə.
11 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.