Zehni çatışmazlığı olan insanlardan uzaq gəzirik, onların bizə zərər verəcəyindən qorxuruq. Bir qisim isə, onları ələ salıb gülür, təlxək yerinə qoyurlar. Amma, düşünmürük ki bu insanların da qayğıya, diqqətə, sevgiyə ehtiyacı ola bilər.
Və biz onları, bəlkə də hamımızdan daha çox insan olan, daha saf və məsum olan bu seçilmişləri çox incidirik..