Моя кузина Рейчел

Daphne du Maurier

Comments and Reviews

See All
404 syf.
8/10 puan verdi
·
Read in 6 days
Hadisələr birinci şəxsin dilindən nəql olunur. Təbii ki, arada dialoqlar da var. Filip və Embrouzun eyni qadına aşiq olması, hər ikisinin də qadının pul düşkünü olduğunu düşünməsi əsas oxşarlıqlarıdır. Hadisələr Reyçelin İngiltərəyə, Filipin yanına gəlməsindən sonra baş verir. Qadını görmədən beynində ona qarşı nifrət bəsləyən Filip, Reyçeli gördükdən sonra ona aşiq olur. Amma zamanla Embrouzun göndərilməyən məktubları Filipdə müəyyən şübhələr doğurur. Çox da danışmayım... Kitabın yarım olduğunu düşünürəm, daha dolğun ola bilərdi. Çox da rəy bildirə biləcəyim kitab olmadı, amma axıcı idi. Dafna dü Moryenin "Rebeka" əsəri daha çox bəyənilib. Yazarın qələmi ilə ilk tanışlıq üçün məncə, yaxşı başlanğıc ola bilər.
Əmiqızı Reyçel
Əmiqızı ReyçelDaphne du Maurier · Teas Press · 201841 okunma
Reklam
375 syf.
8/10 puan verdi
·
Liked
Bu dəfə janrı dəyişdim və biraz film ssenarisi təsirini verən, rahat, çox dərin olmayan kitab seçdim. Kitabın axıcı və həyəcanlandırıcı sujet xətti var. Embrouz və Flip Eşlinin ortaq tərəfi çoxdur , ən qəribəsi odur ki, Əmiqızı Reyçel hər ikisinin zəif nöqtəsinə çevrilir. Sonu biraz qəribə bitsə də, ümumilikdə, əsərdə maraqlı cümlələr, dialoqlar var. Flip Eşlinin Embrouza olan bağlılığını, Reyçelə qarşı keçirdiyi hissləri yazar Dafna dü Morye çox gözəl təsvir edib. Qadınlar haqqında mülahizələrin bəziləriylə razılaşmasam da, bir çoxu ilə razıyam. Kitabı oxumağıma heç peşman olmadım...vaxt itkisi deyildi...yorulmadım. Filmi olsa izlərdim.
Kuzenim Rachel
Kuzenim RachelDaphne du Maurier · Kastaş Yayınları · 200341 okunma
404 syf.
5/10 puan verdi
·
Read in 9 days
Məncə hər birimiz film və ya serial izləyəndə "filan yerdə belə olsaydı yarıda bitərdi" deyə düşünmüşük. Bu kitab tam da elə oldu mənim üçün. Çox maraqlı, axıcı, gözlənti dolu irəliləyirdi amma baş verən hadisə ən maraqlı yerində yarıda kəsdi sanki. Məncə sonunu başqa cür bitirə, hətta orda bitirməyib bir növ "ikinci sezon" hazırlaya bilərdi yazar. Yenə də oxuyanda mənə "ah qadınlar, qadınlar" dedirti :)
Əmiqızı Reyçel
Əmiqızı ReyçelDaphne du Maurier · Teas Press · 201841 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.