Eqoist Gen

Richard Dawkins

Eqoist Gen Quotes

You can find Eqoist Gen quotes, Eqoist Gen book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
İnsanda mövcud olan qeyri-adi nə varsa, çox hissəsini bir sözə yerləşdirmək olar: mədəniyyət.
Sayfa 257 - Qanun NəşriyyatıKitabı okudu
Bu, elmi fantastika deyil, elmin özüdür.
Reklam
Biz öz genlərimiz tərəfindən yaranmışıq. Biz də, heyvanlar da onları qorumaq üçün mövcuduq və onların sağ qalmalarını təmin edən maşın kimi fəaliyyət göstəririk, sonda isə bizi, sadəcə, atırlar
Qanun NəşriyyatıKitabı okudu
Tanrı haqqında ideyanın hansı "fərqliliyi"...
... ona belə sabitlik və mədəni sahəyə nüfuz etmə istedadı verir? Tanrı ideyası mövcudluğun mənası haqqında dərin və ən həyəcanverici suallara ilk baxışda məqbul cavablar verir. O bu dünyadakı ədalətsizliyin o dünyada mükafatlandırıla biləcəyinə ümid etməyə etməyə imkan verir. Çarəsiz dəqiqələrimizde bizi dəstəkləməyə hazır olan "daim uzadılmış əllər" plasebo kimi yalnız təxəyyülümüzdə mövcud olsa da, öz kəsərliliyini itirmir. Tanrı ideyasının fərdi beyinlərin ardıcıl nəsilləri tərəfindən məmnuniyyətlə mənimsənilməsi səbəblərindən bəziləri bax bununla bağlıdır. Tanrı mövcuddur, insan mədəniyyəti tərəfindən yaradılan mühitdə yüksək yaşam və ya infeksiya qabiliyyətli mem formasında olsa belə.
Sayfa 262 - Qanun NəşriyyatıKitabı okudu
Kitabda rastlaşdığım ən mükəmməl abzaslardan biri
Kor etiqad nəyə desən haqq qazandıra bilər. Əgər insan digər ilahiyə inanırsa, yaxud da elə eyni ilahiyə sitayişində başqa ayinlərə üstünlük verirsə, kor etiqad onu çarmıxda, payada, səlibçinin qılıncından, Beyrut küçələrində açılan atəşdən və ya Belfastın barlarının birində partlayışdan doğan ölümə məhkum edə bilər. Kor-korana etiqad memləri xüsusi və mərhəmət tanımayan yayılma üsullarına malikdir, bu təkcə dinə deyil, vətənpərvərliyə və siyasətə də aiddir
Sayfa 268 - Qanun NəşriyyatıKitabı okudu
"göz əvəzinə üç göz" strategiyası
Gecələr səngərdən çıxırıq. Alman əsgərlərinin dəstələri də gecələr səngərdən kənarda işləyirlər, ona görə də güllə atmaq pis hərəkət sayılır. Qumbara həddindən artıq murdar şeydir. Səngərə düşdükdə 8-9 nəfəri öldürə bilər. Ancaq almanlar lap çox hay-küy qaldırmayana qədər biz qumbaraları işə salmırıq, çünki onların qisas sisteminə görə hər qumbaramızın əvəzində onlar bizim tərəfə üçünü atırlar.
Sayfa 305 - Qanun NəşriyyatıKitabı okudu
Reklam
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.