Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim

Manaf Süleymanov

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim Gönderileri

Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim kitaplarını, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim sözleri ve alıntılarını, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim yazarlarını, Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
"Belə harın dövlətlilərdən biri haqqında balaxanılı Cəlilov belə danışırdı: Şəhərdə «kef» edəndən sonra küçələrdə veyllənə-veyllənə gəlir çıxır «Qoşa-qala» qapısı olan yerə, Haşımov meydanına. Görür ki, Hacı Zeynalabdin Tağıyevin maşını ordadır. (Bakıya ilk dəfə avtomobili Tağıyev gətirtmişdi, ondan sonra Rotşildlər). Şoferə yaxınlaşıb deyir ki, məni apar kəndə. Şofer cavab verir ki, gücün çatmaz, çox bahadır. Hərif hökmlə soruşur: «Axı, nə qədərdir?» Şofer yaxasını qurtarmaq üçün deyir: «iyirmi beş manat». (İyirmi beş manata bir əla fayton və iki köhlən at almaq olardı). «Verrəm iyirmi beş manatı!» deyə oturur maşına. «Sür görüm!» Şofer yola düşür, tünlük olan mərkəzi küçələrdə dalbadal fit verir, adamları xəbərdar edir; elə ki, seyrək küçələrə çıxır, daha fit vermir. Hərif dilxor olub xəbər alır ki, «Ayə, niyə onun zurnasını çalmırsan?». Şofer onu başa salır ki, o zurnanı çox çalmaq olmaz, ona da pul verməlisən. «Eybi yoxdur, verrəm, çal!» deyə hərif harda iki-üç adam, qəşəng, kök arvadlar görür fiti dalbadal çaldırır. Balaxanıya çatanda kənd əhli tökülür maşının qabağına. Hərif şoferdən soruşur: «Nə qədər verəcəyəm?» Şofer deyir: «iyirmi beş manat maşın haqqı, otuz beş manat da zurna üçün». Hərif şoferin pulunu verib yola salır. Hərə bir tərəfdən xəbər alır ki, necə gəldin, nə qədər xərcim çıxdı! hərif deyir: «Maşının qiyməti ucuzdur, amma zurnası çox bahadır»."
Qazıyev bir az yuxarıda, Çəmbərəkəndindəki qayalıqda, gəmiyə oxşayan üçmərtəbəli imarət tikdirdi. Binaya köçən günün sabahı, nökər xəbər verir ki, gecə darvazanı açıb, faytonun təkərlərini çıxarıb aparıblar. Qazıyev bunu eşidən kimi birbaş birjaya yollanır, dəllal tapıb mülkü satdırır. Külfətini elə o günü başqa mülkə köçürtdürür... Soruşurlar ki, o həvəslə imarəti tikdirdin, bəs niyə satdın. Cavab verir ki, fikirləşdim ki, o tərəfləri abadlaşdırarıq, pəyələrin, tövlələrin yerində əməlli-başlı bazar-dükan düzəldərik. Qonum-qonşuya əl tutaram, əlləri işə-gücə çatar. Elə bir dəyəri olmayan fayton təkərini oğurlayan məhəllədə yaşamaq düzgün deyil.
Reklam
"Bakı təzadlar şəhəri idi, bir yandan qızıl sel kimi axıb varlı adamların seyflərinə, sandıqlarına, banklara dolur, xaricə göndərilir, digər tərəfdən də bir loxma çörək üçün özünü oda, gözə atan adamlar gündə on-on dörd saat işləyirdilər."
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı?...
Sayfa 457 - Qanun nəşriyyatı
Şəbi hicran yanar canım, Tökər qan çeşmi giryanım... Oyadar xəlqi əfqanım, Qara bəxtim oyanmazmı...)
Reklam
42 öğeden 21 ile 30 arasındakiler gösteriliyor.