Eşqə Səfər

Sinan Yağmur

Yorumlar ve İncelemeler

Tümünü Gör
259 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Bu əsər tək sözlə möhtəşəm idi. Həm gerçək həyatda olan hadisədən yazılmış, həm də insana huzur verən, sakitləşdirən bir tərəfi var. "Müasir dövrdə sufizm ədəbiyyatında kim gözəl əsərlər yazır" deyə soruşsalar, heç düşünmədən Sinan Yağmur deyərəm. Bu əsər o qədər gözəl təsir etmişdi ki, ardınca 3 əsərini daha aldım və onları da çox sevdim. Əsərin tərcüməsi isə mükəmməl idi Əsərin mövzusu: Əsərdə Veysəl Qəranidən bəhs olunur. Onun doğulduğu illər Muhəmməd Peyğəmbərin (s) dünyaya gəlməsilə eyni zamana düşür. Veysəl peyğəmbəri (s) görməyi çox istəyir, amma anası xəstə olduğu üçün gedə bilmir. Lakin anası Veysələ qısa müddətə gedib gəlməsi üçün ona icazə verir. Bəs görəsən, Velsəl Peyğəmbəri (s) görə bilir? Bunu əsəri oxuduqca daha yaxşı anlayacaqsınız. Bunu da qeyd edim ki, bir əsərdə övladın ana sevgisi bundan daha gözəl göstərilə bilməzdi. Xüsusən, bu əsər gerçək həyatla eynidirsə
Eşqə Səfər
Eşqə SəfərSinan Yağmur · İqra Nəşriyyatı · 20122 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.