Eşq və Başqa Cinlər

Gabriel Garcia Marquez

Eşq və Başqa Cinlər Sözleri ve Alıntıları

Eşq və Başqa Cinlər sözleri ve alıntılarını, Eşq və Başqa Cinlər kitap alıntılarını, Eşq və Başqa Cinlər en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
- Dünyanın fırlanmasına müdaxilə edə bilmərik. - Delaura dedi. - Amma bizə əzab verməməsi üçün buna məhəl qoymamaq olardı. - Yepiskop dedi. - Qalileyə lazım olan, əslində, inanc deyil, qəlb idi.
Sizinlə fasiləsiz olaraq gələcək yüzilliyə qədər danışa bilərdim...
Reklam
Onu na qədər çox tanisam da, bir o qədər az tanıdığımı hiss eləyirəm.
Siyerva Mariyadan başqa birinə verəcək qəlbi yox idi, bununla belə, ona yetişə bilmirdi. Onları ayıra biləcək nə okeanlar, nə dağlar, nə Yer üzü, nə səmavi qanunlar, nə də cəhənnəm gücünün var olduğuna əmin idi.
Şeiri bitirən kimi Kayetano Siyerva Mariyanın əlindən tutub ürəyinin üstünə qoydu. Qız içindəki cəfanın döyüntüsünü hiss edirdi. - Artıq hər zaman beləyəm. - Delaura dedi. Və təlaşa düşmədən həyatını əngəlləyən o qeyri-müəyyənlikdən özünü xilas etdi. Siyerva Mariyanı düşünmədən keçirdiyi bircə anının belə olmadığını, yediyi və içdiyi hər şeydə ondan dad tapdığını, yalnız Tanrıya məxsus bir haqq və gücə sahib olaraq, həyatının hər saatını bütünlüklə onunla doldurduğunu və qəlbinin alacağı ən böyük zövqün onunla birlikdə ölmək olacağını qıza etiraf elədi.
Mən səni hamının gənc və gözəl olduğu və yaxşını ayırd etməyin asan olmadığı bir qələbəlik içindən seçdim.
Reklam
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.