Evakuasiya

Qaraqan

Evakuasiya Yorumları ve İncelemeleri

Evakuasiya yorumları ve incelemelerini, Evakuasiya kitabı hakkındaki okur görüşlerini , Evakuasiya puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

8.310 üzerinden
421 Kişi · 36 İnceleme
268 syf.
7/10 puan verdi
"Bütün qanunu pozan şəxslər Cinayət Məcəlləsinin maddələrinə əsasən cəzalandırılacaqlar". səh 31. Mülki və inzibati məcəllə də qanun sayılır, bu qanunları pozsaz inzibati və ya mülki məsuliyyət daşıyırsınız, cinayət məsuliyyəti deyil. Metro daxilində cinayət qədər, inzibati xəta da törədilə bilər. "Bankın proqramın öyrənib öz hesabıma 50 manat göndərdim. 18 yaşım olmadığı üçün məni cəzalandırmadılar. Valideynlərimə 100 manat cərimə yazdılar." səh 123. Kibercinayətkarlıq cinayət hesab olunur. Cinayət yaşı isə 16 yaşdır, 18 deyil. Cinayət məsuliyyətinə cəlb edə bilmədikdə polisin və ya MTN işçisinin pul cəriməsi ilə əvəz eləmək kimi bir hüququ da yoxdur, bu qanunsuzdur. "Sən məni öldürsən, bu yazıq qız da sənə görə cinayətdə əlbir kimi cəzalanacaq". səh 174. Belə bir hal mümkün deyil, qız oğlanla sadəcə bunkerlərdən qaçmaq üçün razılaşıb. Onunla birgə mənzil toxunulmazlığı hüququnu pozmuş ola bilər. Lakin şəxsin öldürülməsi, ikisinin öncədən razılaşdığı bir hadisə olmadığı üçün, bu icraçının ekstessi sayılır deyə sadəcə oğlan cəzalanacaq.
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,137 okunma
268 syf.
·
Puan vermedi
Kitabın sonunda yazar bizə bir iki sual verir bu sualları cavablandırmağa çalışdım. "Bilmirəm demək olar mı ki, bu xoşbəxt sonluqla bitən ilk əsərimdir?" Hansı xoşbəxt sonluqdan söhbət gedə bilər ki, insanları daha yaxşı səviyyəyə çatdırmaq üçün pis insanları soyuqqanlı şəkildə öldürüb, yaxşı insanlara heç nəyi doğru dürüst başa salmadan onları yeni yaşama yönləndirmək. Ama Kənan və Fidanı düşünsək niyə də bu əsərə xoşbəxt son deməyək? Axı onlar ayrı ayrılıqda pis insan idi və öləcəkdilər. Ama aralarındakı sevgi onları birləşdirdi və sevgi onların içindəki pisliyi öldürdü, beləcə sağ qaldılar. Ama bu qədər həqiqəti, qəddarlığı qaldırıb yaşamlarına heç nə olmamış kimi rahatca davam edə bilərlər mi? Kitabda da qeyd olunduğu kimi bu qəribə, qəddar və qarışıq sonluqla bitən kitab.. "Bəs sizcə dünyanı daha yaxşı səviyyəyə gətirmək üçün bu qurbanları vermək olardı mı?" Günahsız insanları uşaqları öldürmək, ..daha yaxşı səviyyə yaradıb insanlığı inkişaf etdirək deyərkən ilk olaraq öz insanlığınızı itirmədiniz mi? "Siz Nedə və gizli təşkilatlara haqq qazandırdınız mı?" Ned masonların ən yüksək səviyyəsində idi, müəllimlik dərəcəsində. Masonlar isə bütün ölkələri dağıdıb, dünyanı bir azad xalqa çevirmək hakimiyyəti öz əlinə almaq istəyirdi ama bu xeyirdən çox zərər gətirməz mi? Ümumi olaraq axıcı və maraqlı idi, masonlar haqqında çox ətraflı və maraqlı məlumatlar var.
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,137 okunma
Reklam
268 syf.
·
Puan vermedi
Bu gün H. O. S. T-un yaranmasından 14 il keçir Başda Qaraqan olmaqla bütün H. O. S. T-cuları təbrik edirəm Əsərimizə gəldikdə isə maraqlı gözəl əsər idi. Bu cür əsərlər insanın kitab sevgisini artırır. Kitaba o qədər diqqətimi vermişdim ki yemək yeməyi belə unudurdum, yəni oxumağa başlayanda bitirməmiş kitabdan əl çəkmək istəmir insan. Sadəcə romanın əvvəlində olan həyacan axırlarda biraz itir sonun daha maraqlı olmağını istəyərdim
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,137 okunma
268 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Yenə möhtəşəm bir kitab, yenə dərin və fərqli düşüncə tərzi, yenə sürükləyici bir roman və təbii ki, bu möhtəşəmliyin müəllifi Qaraqan.. Əsər, insanı bir dünyadan alır, başqa bir dünyaya aparır. Sözün həqiqi mənasında belədir. Qaraqanla tanışlığım, hələ uşaq vaxtlarımdan, möhtəşəm rap'larıya başlayıb. İndiyə qədər də treack'lərini dinləyir,
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,137 okunma
268 syf.
·
Puan vermedi
·
4 günde okudu
İnsan. Sevgi.
Kitabı çox bəyəndim . İnsanı özünə cəzb edir . Bir az da sanki tükürpədici idi. Maraqla və həyəcanla oxudum. Dünyanı, insanları sevgi xilas edəcək. ALLAHA , dünyaya bir birilərinə olan sevgi....
Evakuasiya
EvakuasiyaQaraqan · Qanun Nəşriyyatı · 20191,137 okunma
Reklam
37 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.