Evlilik və Əxlaq

Bertrand Russell

Evlilik və Əxlaq Quotes

You can find Evlilik və Əxlaq quotes, Evlilik və Əxlaq book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Sitat, Russelin fikirlərinə absurd deyənlərə gəlsin...
Mənim insanları götür-qoy etmədən, ürəkləri istədiyi hər şeyi etmək kimi bir özbaşınalığa çağırmaq, onları bunun düzgünlüyünə inandırmaq kimi bir istəyim yoxdur. Əksinə, mən insanları indiki əxlaq normaları irəli sürdüyündən artıq şəkildə özlərinə nəzarət etməyə inandırmaq istəyirəm. Ancaq bu özünənəzarət başqa fərdlərin azadlıqlarınının məhdudlaşdırılmasına gətirib çıxarmamalı, öz şəxsi azadlıqlarının qorunduğu çevrədə baş verməlidir.
Sayfa 325Kitabı okudu
İqtisadiyyatın görməli olduğu ən başlıca iş ərzaq məhsulları, o sıradan insanlar üçün ən gərəkli şeyləri istehsal etməkdir, bütün bu istehsal olunan məhsullar isə təkcə bu işi görən ayrı-ayrı fərdlərin yox, həm də onların ailələrinin yaşaya bilməsi üçündür. Ona görə də ailə münasibətləri dəyişəndə, insanları iqtisadi sferada irəliləməyə yönəldən səbəblər də dəyişmiş olacaqdır. Deməli Platonun dediyi kimi olarsa, yəni birdən dövlət uşaqları ata-analarından ayırıb onların dolanışığı ilə tərbiyəsini öz üzərinə götürərsə, onda insanlar nəinki öz həyatlarını sığorta etməyəcəklər, heç var dövlət yığmağa da gərək duymayacaqlar. Beləlikə də dövlət ata rolunu öz üzərinə götürsə, onda ipso fakto toplumda yeganə kapitalistə çevriləcəkdir.
Reklam
Ancaq çağdaş dünyamızda kişilərlə qadınların bərabər hüquqlu sayılması büsbütün yeni bir sistemin yaradılmasını qaçılmaz eləyir. Bu bərabərliyə iki yolla çatmaq olar: ya gərək kişilər də qadınların bu çağadək boyun əydikləri kimi, bir qadınla yetinsinlər; yaxud da, gərək, qadınların da bəlli durumlarda kişilər kimi oturuşmuş əxlaq normalarını pozmasına yol verilsin.
Yeni əxlaq normalarının tərəfdarı olan heç bir ağıllı insan, bu yeni normaların toplumda birdən birə, çox böyük sürətlə yayılmasını gözləmir. Belə olarsa, artıq impulsiv istəkləri köhnə əxlaq qoruyucuları tərəfindən sıxma-boğmaya salınmış yaşlılar və gənclər də hamılıqla impulsiv istəklərinə azadlıq verməli olardılar. Burada bir keçid dönəmi olmalıdır, daha doğrusu, öz uşaqlarını yeni normalara uyğun böyüdəcək valideynlər nəsli ortaya çıxmalıdır.
Sayfa 324Kitabı okudu
Platon sağ olsaydı, bir az da irəli gedib, dövlətin təkcə ataların yox, anaların da qayğılarını öz üzərinə götürməli olduğunu irəli sürərdi. Mənə gəlincə, nə dövlətin vurğunuyam, nə də yetim evlərində yaşayan uşaqların durumu ürəyimcədir, ona görə də belə bir utopiyanın gerçəkləşəcəyini ummaqdan da uzağam. Bundan başqa da iqtisadiyyatdakı dəyişikliklərin belə bir nəticəyə gətirəcəyi də, məncə, inandırıcı deyildir.
Mənim inancıma görə bu ortalıqda olan tərbiyə ilə böyüdülmüş hər on adamdan doqquzunun cinsi münasibətlərlə bağlı duyumunda və qavramında yarımçıqlıq vardır və buna görə də onlar evlilikdə xoşbəxt yaşaya bilmir, normal cinsi münasibətlər qurmağı bacarmırlar. Necə acınacaqlı olsa da, onlarda yaradılmış bu duyum və qavrayış çatışmazlığını aradan qaldırmaq artı mümkün deyildir, burada görülə biləcək ən gərəkli iş isə onların öz uşaqlarını da özləri kimi belə bir naqisliyə sürükləməsinin qarşısını almaq ola bilər.
Sayfa 325Kitabı okudu
Reklam
Bir çoxumuzun ən böyük problemi...
Burada iki cür ziyandan söz açmaq olar. Bunlardan birincisi, bu əxlaq qadağalarının kökünün çox əski çağlara gedib çıxması ilə bağlıdır, onların yarandığı toplumların sosial-siyasi quruluşu, bizim indiki toplumun quruluşundan büsbütün seçilib ayrılırdı, ancaq bu günümüzə gəlib çıxmış əxlaq qadağaları indi bugünkü gerçəkliyə uyğun gəlmir.
Bütün ölkələrdə təbliğat dövlətin əlinin altındadır və dövlət də yalnız özünün bəyəndiklərini xalqa aşılamağa çalışır. Dövlətin bəyəndiyi isə sabah ölməyi buyurarsa, sizin buna hazır olmağınızdır.
Qadınlar seksual azadlıq qazansaydılar, onda atalıq hüququ da aradan qalxardı və qadınlar da bu durumda uşaq doğduqları kişilərdən heç bir köməklik və yardım da gözləməzdilər. Ola bilər, işlərin gedişi sonda elə buna gətirib çıxarsın, ancaq birdən bu baş verərsə, yaranan çox dərin ictimai dəyişikliklərin yaxşılığamı, yoxsa pisliyəmi aparıb çıxaracağını indidən demək mümkün deyildir.
Bütün ideologiyaların kökündə insanı sürüləşdirmək istəyi dayanır.
Reklam
Beləliklə də bizim seksual etikamız qadınların 20 yaşadək uşaq doğmasını minimuma endirməyə çalışmalıdır. İkincisi, seksual baxımdan təcrübəsi olmayan kişi, yaxud qadının cismani-seksual ehtirası, uğurlu evlilik üçün çox önəmli olan, bir-birinə uyğun gələn könüllərin qovuşmaq istəyindən ayırd edə bilməsi ehtimalı çox azdır.
Möhtəşəm cümlə...
Yaşadığımız dünyanın başlıca problemi budur: axmaqlar və fanatiklər özlərinin doğru yolda olduqlarına ürəkdən inanır, ağıllı insanlar isə çox vaxt, özlərinin düşüncələrinə və görəcəkləri işə şübhə ilə yanaşırlar.
İşlərimin çoxluğundan öləcəyim günü yubatmalı oldum.
Deyirlər, insan şüurlu varlıqdır. Mən bütün ömrümü bunu təsdiq eləyə biləcək faktları tapa bilmək üçün çürütmüşəm.
Mənim kitab rəfimdə Bibliya da var, ancaq mən onunla yanaşı Volterin də kitabını saxlayıram, axı zəhər olan yerdə gərək zəhərə qarşı dərman da olsun.
1,388 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.