Kitab haqqında fikirlərimə keçmədən öncə Bertrand Russell kimi bir şəxsiyyəti bu qədər gec tanımış olmanın verdiyi təəssüf hissini sizlərlə bölüşmək istəyirəm.Yaşadığı dönəmə damğa vurmuş, olduğu hər sahədə reforma səbəb olmuş tam bir intelektualdır Bertrand Russell.1872-ci ildə İngiltərədə aristokrat ailədə dünyaya gəlmiş,riyaziyyatçı,filosof,ictimai xadimdir.1902-ci ildə riyaziyyatdakı "Çoxluqlar" haqqında yazılmış Gottlob Frege'nin kitabındakı təzadları tapmış,sonradan "Russell paradoksu" olaraq adlandırılan riyazi məsələnin əsasını qoymuşdur.Riyazi sahədən nəaliyyətləri bununla da bitmir.
Birinci dünya müharibəsində pasifist çıxışlarına görə,dəfələrlə həbs olunmuş,buna baxmayaraq yaşamı boyunca savaşa qarşı çıxmış,kifayət qədər təqibçisi olmuşdur.Bu adam eyni zamanda International War Crimes Tribunal(Russell məhkəməsi)nin qurucusudur.Bu qədəri yetərli olar,indi keçək kitaba))
Kitabda yazarın həddən artıq rasional olduğu hissələr var,hansı ki,oxuyarkən "Bu qədər rasional olmağa gərək varmı?" deyə düşündüm.
•Qadın və kişinin evlilikdən kənar romantik deməyək də seksual münasibətlərinin olmasının normal qəbul edilməsini və bunun boşanma səbəbi olmaması gərəkdiyi kimi bir fikri var (səh.150)
•Uşaqlara cinsiyyət haqqında doğru məlumat verilməsinin önəminə toxunur hansı ki,məncə həqiqətən də vacib məsələlərdən biridir (səh.66)
•Yevgenika(öjeni) haqqında razılaşdığım fikirləri var
(səh. 164)
Bütün olaraq kitaba baxdığımızda dəyərli məlumatlara,fərqli baxış bucağına sahibdir.Bəyəndim.