Fatimə Fatimədir

Ali Şeriati

Fatimə Fatimədir Quotes

You can find Fatimə Fatimədir quotes, Fatimə Fatimədir book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Əgər cəmiyyətdə iman, eşq, fədakarlıq azdırsa, bu xalqın günahıdır. Yox, əgər xalq doğru yolu tapa bilmirsə, alimlər müqəssirdirlər.
Bəli, dünyada at oynadan bu qüvvə üçün istər freydizm, istər narkotika bir məqsəd üçün lazımdır: Dünyanın düşünən beynində həqiqi azadlıq düşüncələrini puça çıxarmaq!
Reklam
Həqiqəti bəyan edərək böyük şücaətlə zalımları qamçılayan dillər olmuşdur. Bu bəyanlar zalımları məğlub edə bilməsələr də,onların iç üzünü açaraq, rüsvay etmişlər. Bu səbəbdən də azadlıq, bərabərlik, ədalət hissi xalqın yaddaşından silinməmiş, tarixdə öz ləyaqətli qiymətini almışdır.
“Məryəm İsanın anasıdır”. Mən də Fatiməni (ə) bir neçə kəlmə ilə təqdim etmək istədim: “Fatimə böyük Xədicənin qızıdır” dedim, kifayət etmədi. “Fatimə Məhəmmədin qızıdır” dedim, kifayət etmədi. “Fatimə Əlinin xanımıdır” dedim, kifayət etmədi. “Fatimə Həsən və Hüseynin anasıdır” dedim, kifayət etmədi. Bütün deyilənlər az oldu və qərara gəldim ki, Fatimə Fatimədir!
Sayfa 149Kitabı okudu
Vaxtilə təəssüb, insani dəyərlər, ənənə və din qərbin yolunu kəsən, şərqi ciddi himayə edən maneələr idi. Təəssüb möhkəm bir istehkam və qala kimi qərbin qarşısında dayanmışdı, İslamı və istiqlalı qoruyurdu. Avropalının heç bir nüfuzu yox idi. Müsəlman fəxr, mənəviyyat, dəyər və qürur ilə zəngin idi. Tarixi, insanları, mədəniyyəti, imanı, dini şəxsiyyətləri ona istiqlal, əzəmət və başucalığı bəxş edirdi. O, qərbliyə yenicə varlanmış və yenicə tərəqqiyə qovuşmuş biri gözüylə baxır və onu bəyənmirdi: onu təhqir edir, vurur və qarşısında öyünürdü. Qərb hiylə ilə bu böyük istehkama sızmağı bacardı. Bir termit kimi şərqlinin canına daraşdı. Onu yavaş-yavaş, həm də daxildən gəmirməklə zəif saldı. Ondakı bütün müqavimət gücünü məhv etdi. O cür təəssübkeş və qürurlu qəhrəmanlardan elə insanlar formalaşdırdı ki, hər cür gücdən, qürurdan və qəhrəmanlıqdan sıyrılmış halda öz düşmənlərinin pişvazına çıxdılar. Verdiyi hər şeyi aldılar. Verdiyi hər əmri yerinə yetirdilər. Qərblinin istədiyi kimi biri oldular.
Burjuaziya da çirkindir. Amma o, yalançı da olsa, əxlaqi dəyərlərdən danışır. Amma hansı əxlaq? İlahi qaynaqlardan uzaq, burjua mənafelərinə qulluq edən bir əxlaq! Əgər bir quruluşda kapital, pul hər şeydən uca tutulursa, demək, həmin quruluşdakı əxlaq hər şeydən uca ola bilməz!
Sayfa 157Kitabı okudu
Reklam
Bir ruh öz dövrünün səviyyəsindən çox ucaya qalxarsa, tənhalaşar. Gözəlin varlığı istər-istəməz çirkinin varlığını sıxıntıda qoyur. Bu İnsan nə qədər təvazö göstərsə də, ətrafdakılar ona qarşı çıxır. Bu ruhun real ucalığı ətrafdakıları sıxır və ona təsir göstərilir ki, kütlənin səviyyəsinə ensin. Əlinin (ə) kiçildilməsinə səy göstərənləri də məhz onun ucalığı narahat edirdi.
Qadınlar ayıq olmalı, əsrin əmtəəsinə yox, aparıcı qüvvəsinə çevrilməlidirlər.
Bizim “eşq pirimiz” özünü danlayaraq deyir: “Ey qəlbim, bilirsənmi ağlamaqda necə faydalar var? Ey qürur, hətta göylər, səhra canavarları da ağlayırlar!”.
O, bu şəhərdə məni bu insanlarla tənha qoysa, nə olacaq?
1,000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.