Fatimə Fatimədir

Ali Şeriati

Quotes

See All
“Məryəm İsanın anasıdır”. Mən də Fatiməni (ə) bir neçə kəlmə ilə təqdim etmək istədim: “Fatimə böyük Xədicənin qızıdır” dedim, kifayət etmədi. “Fatimə Məhəmmədin qızıdır” dedim, kifayət etmədi. “Fatimə Əlinin xanımıdır” dedim, kifayət etmədi. “Fatimə Həsən və Hüseynin anasıdır” dedim, kifayət etmədi. Bütün deyilənlər az oldu və qərara gəldim ki, Fatimə Fatimədir!
Sayfa 149Kitabı okudu
Həqiqəti bəyan edərək böyük şücaətlə zalımları qamçılayan dillər olmuşdur. Bu bəyanlar zalımları məğlub edə bilməsələr də,onların iç üzünü açaraq, rüsvay etmişlər. Bu səbəbdən də azadlıq, bərabərlik, ədalət hissi xalqın yaddaşından silinməmiş, tarixdə öz ləyaqətli qiymətini almışdır.
Reklam
Bəli, dünyada at oynadan bu qüvvə üçün istər freydizm, istər narkotika bir məqsəd üçün lazımdır: Dünyanın düşünən beynində həqiqi azadlıq düşüncələrini puça çıxarmaq!
Əgər cəmiyyətdə iman, eşq, fədakarlıq azdırsa, bu xalqın günahıdır. Yox, əgər xalq doğru yolu tapa bilmirsə, alimlər müqəssirdirlər.
Bir ruh öz dövrünün səviyyəsindən çox ucaya qalxarsa, tənhalaşar. Gözəlin varlığı istər-istəməz çirkinin varlığını sıxıntıda qoyur. Bu İnsan nə qədər təvazö göstərsə də, ətrafdakılar ona qarşı çıxır. Bu ruhun real ucalığı ətrafdakıları sıxır və ona təsir göstərilir ki, kütlənin səviyyəsinə ensin. Əlinin (ə) kiçildilməsinə səy göstərənləri də məhz onun ucalığı narahat edirdi.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.