Oyanış

Fazzi

Ceyhun Salman
Tahmini Okuma Süresi:
5 sa. 49 dk.
Sayfa Sayısı:
205
Basım Tarihi:
Nisan 2025
Yayınevi:
Simart
ISBN:
9789952463378
Ülke:
Türkiye
Dil:
Türkçe
Format:
Karton kapak

Yorumlar ve İncelemeler

10/10
·205 syf.··
2025 12. kitabı
·
10 günde okudu
·
Okunma: 06 Mayıs 2025 21:50
Azərbaycan ədəbiyyatında fantastika, elmi-fantastika janrı az müraciət olunan janrlardan biridir. Belə kitablara çox az rast gəlmək olur. Göstərə biləcəyim nümunələr Namiq Abdullayevin əsərləridir. Elə Namiq Abdullayevin “İtirilmiş dünya”sı barədə etdiyim paylaşımın şərh hissəsində bu janrda yeni bir kitabın yazıldığını öyrəndim. Onda həm həyəcanlanmış, həm də maraqla gözləmə prosesi başlamışdı mənim üçün. Aylar sonra kitabın təqdimatına dəvət alanda artıq müasir dövrlə əlaqəli motivlərə sahib olacağını yəqin etmişdim özümdə. Namiq Abdullayev daha çox kosmosdan yazıb, çünki, həmin dövrdə SSRİ-də kosmik məsələlər gündəmdə idi. Ceyhun Salman da dövrümüzün ən aktual mövzusu olan süni intellekt üzərindən süjet xəttini formalaşdırıb və düşünürəm ki, doğru seçim edib. Kitabın 8+ yaş qrupu insanlara fokuslandığı qeyd olunub. Düşünürəm ki, bunun üçün yuxarı yaş limiti də təyin etmək olar. Çünki, kitabda ötürülən mesajlar, süjet xətti daha çox uşaqların təxəyyülünün, fikirlərinin formalaşmasına, onlara yaxşı xüsusuiyyətləri aşılamağa fokuslanıb. 20 yaşdan yuxarı bir insan üçün sözügedən hissələr o qədər də maraqlı olmaya bilər. Elmi-fantastika janrında yazılmış kitablarda öyrəşilmiş bir məqam var: gələcəkdə ixtira olunacaq, gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək nəyisə təsvir etmək. “Fazzi”nin ilk kitabında müəllif bunu süni intellekt üzərindən edib və robotların insanlar kimi hisslərə sahib ola biləcəyini vurğulayıb. Həmçinin, robotların insani hisslərə sahib olmasını mistik qüvvələrlə əlaqələndirməyi, mənə görə, müəllifin özünün də buna tam inanmadığından irəli gəlir. Mistik qüvvələrin toplaşdığı məkanlara istinad edərək kitabın digər hissələrinin də olacağını göstərməsini isə bəyəndim. Kitabdakı “Rafiq baba” obrazının real insandan ilhamlanması xoş olub, məncə.
FazziCeyhun Salman · Simart · 20255 okunma
Reklam