Bitdi "Fesleğen"...
Sonunda bir az kövrəlmə, göz yaşı və bitdi.
Təsirləndiyim kitablar sırasında "Fesleğen" ilk sırada oldu. Bəlkə də həyatımın tam orta yerinə yerləşən kitab oldu.
Bu həyatda bir Fesleğen olmağı bacararıqmı, çıxarmı qarşımıza bir Seyyah?
Çıxsın, Allahım, çıxsın.
Dərdi dünya deyil, Allah olan biriləri çıxsın bu həyatda...
Kitabın təsirindən uzun bir müddət çıxa bilməyəcəyəm, deyəsən. Çıxmaq da istəmirəm, doğrusu. Kitabları oxuduğumda tez bitirmək istəyirəm həmişə, başqa kitablara başlaya bilim deyə. Amma Fesleğen həm bitsin, həm də heç bitməsin istədim.
Qəribə duyğular içərisində dolaşıram, amma çox gözəldir...
Mütləq, mütləq, mütləq hamının oxumalı olduğu bir kitabdır. Oxuyun, siz də təqribən 200 səhifəyə sığan bu böyük səyahətin bir hissəsi olun, deyirəm.
Hikmet Anıl Öztekin'in deməyimizi istədiyi kimi:
"Gözəl yazdı" deməyin, "gözəl sevdi" deyin.
Fesleğen'in ailəsi kimi bir ailəmiz olmaya bilər, oradakı kimi bir dərgah da olmaya bilər çevrəmizdə. Varsın, olmasın. Bütün dərgahlardan ən üstünü olan Allahın dərgahı hər zaman açıq deyilmi üzümüzə? Bütün bu yoxluqların içində bir Fesleğen olmaq, dəyəri qat-qat artırmazmı? Allah bizim qarşımıza layiqincə bir Seyyah çıxarmazmı?