Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Fillər öləndə

Çingiz Abdullayev
"...Görürsənmi, naməlum adam generalın kabinetinə hansısa anlaşılmaz üsulla girib. Bircə ehtimal qalır: qapını və ya pəncərəni general özü açıb. Onda məndə belə bir sual yaranır: o niyə belə edib? Növbəti məqam. Əgər kifayət qədər təcrübəli general kimisə evinə buraxıbsa, deməli, onu tanıyıb. İkinci sual: bu adam kim ola bilərdi? Nəhayət, üçüncü, ən vacib sual. Generalın silahı naməlum adamın əlinə necə düşə bilərdi? Axmaq vəziyyət alınır. Qatil daxili pilləkənlə qalxıb, balkonun qapısını general özü ona açıb, sonra ona öz tapançasını verib və həmin adamın onu vuracağını gözləyib. Sonra qatil qaçıb aradan çıxıb. Yəqin, razılaşarsan, yaman fantastik versiyadır..." *** Detektiv əsərlər müəllifi Çingiz Abdullayevin "Fillər öləndə" əsərində hadisələr Cənubi Qafqaz ölkələrinin birində baş verir. Həmin ölkədə böyük nüfuz sahibi və nazir postuna ən real namizəd olan general qətlə yetirilir. Rəsmi məlumatlarda generalın İslam terrorçuları tərəfindən öldürüldüyü qeyd edilir. Cəmi bir həftədən sonra NATO nümayəndələri paytaxta gəlməlidir. Qəfil cinayət bu tədbiri poza bilər. Ölkədə gərginlik yüksək həddə çatır. Daha maraqlı hadisələr isə məşhur kriminalist-xəfiyyə Dronqonun ölkənin rəsmi dairələrinin gizli dəvəti ilə işi araşdırmaq üçün gəlişindən sonra başlayır. Bir-birinin ardınca yeni sui-qəsd hadisələri baş verir, Dronqo təqib edilir, onu müşayiət edən köhnə dostu, kəşfiyyatçı qadının həyatı da təhlükə altına düşür...
Yazar:
Çingiz Abdullayev
Çingiz Abdullayev
Yayınevi: Teas Press
ISBN: 9789952310313Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
Henüz kayıt yok
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.