Firəngistan Məktubları

İsmail Gaspıralı

Firəngistan Məktubları Quotes

You can find Firəngistan Məktubları quotes, Firəngistan Məktubları book quotes, the most impressive sentences and paragraphs on 1000Kitap.
Lakin dünyada doyulmayan və doyulmayacaq şey varsa o da elm və mərifətdir. Nə qədər çox kəsb etsək də yenə az görünən bunlardır.
- Bəli, nazlı gözəlim, bir az rahatsızlığım var, - dedim. - Özü də bu rahatsızlıq sizinlə bağlıdır. Ona görə, çətinliyin aradan qaldırılmasının çarəsini də sizdən istəyəcəyəm. - Sizin rahatlığınız üçün nə lazımsa etməyə hazıram, əfəndim. Lakin bunca əndişənin səbəbi nədir, nədəndir - anlaya bilmirəm. -...Utanıb qızarsam da, istəyimi özüm dilə gətirməyə məcburam. Mən sizi çox bəyəndim, çox sevdim...
Reklam
Firəng müdriklərindən biri yaxşı demişdir: "Vay qadınlar, vay qadınlar!" (hər işin kökündə qadınların dayandığına işarə edən məşhur fransız ifadəsi "cherchez la femme" - "qadın axtarın" nəzərdə tutulur) Həqiqətdə də qadın­lar nəyə qabil deyillər?
Halımı təsvir etməkdən acizəm. Əslində bu, icrası mümkün olan iş deyil. Məhəbbət atəşinə yanmayanlar, eşqin kədərini yaşayıb ağusunu içməyənlər yazılan söz­lərdən, aparılan müqayisələrdən heç nə anlamazlar. Bu hala aşina olmazlar.
Sevdiyim qızı itirmək, ondan həmişəlik ayrılmaq qayğısı bir zəhər kimi içimə doldu. Əhvalımı necə təs­vir edim? Bal, şəkərtək dadlı, ləzzətli hissiyyatla birlik­ də ən acı, zəhər və zəqqum kimi duyğular da biri-birinə qarışıb daxilimdə sanki həm bir cənnət, həm də cəhən­nəm yaratmışdı.
Hər nə qədər ürəyimlə çarpışıb Marqaritaya müna­sibətdə ortaya çıxan hissiyyat və məhəbbətimi söndür­məyə çalışsam da, sonunda bu işə bir çarə tapmadığımı yazmışdım. Qız da mənim halımda idi. Biri-birimizi sevirdik. Sən demə, hissiyyat ağıldan daha güclü və öt­kün imiş!
Reklam
25 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.