Firəngistan Məktubları

İsmail Gaspıralı

Firəngistan Məktubları Sözleri ve Alıntıları

Firəngistan Məktubları sözleri ve alıntılarını, Firəngistan Məktubları kitap alıntılarını, Firəngistan Məktubları en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Lakin dünyada doyulmayan və doyulmayacaq şey varsa o da elm və mərifətdir. Nə qədər çox kəsb etsək də yenə az görünən bunlardır.
Halımı təsvir etməkdən acizəm. Əslində bu, icrası mümkün olan iş deyil. Məhəbbət atəşinə yanmayanlar, eşqin kədərini yaşayıb ağusunu içməyənlər yazılan söz­lərdən, aparılan müqayisələrdən heç nə anlamazlar. Bu hala aşina olmazlar.
Reklam
- Bəli, nazlı gözəlim, bir az rahatsızlığım var, - dedim. - Özü də bu rahatsızlıq sizinlə bağlıdır. Ona görə, çətinliyin aradan qaldırılmasının çarəsini də sizdən istəyəcəyəm. - Sizin rahatlığınız üçün nə lazımsa etməyə hazıram, əfəndim. Lakin bunca əndişənin səbəbi nədir, nədəndir - anlaya bilmirəm. -...Utanıb qızarsam da, istəyimi özüm dilə gətirməyə məcburam. Mən sizi çox bəyəndim, çox sevdim...
Firəng müdriklərindən biri yaxşı demişdir: "Vay qadınlar, vay qadınlar!" (hər işin kökündə qadınların dayandığına işarə edən məşhur fransız ifadəsi "cherchez la femme" - "qadın axtarın" nəzərdə tutulur) Həqiqətdə də qadın­lar nəyə qabil deyillər?
Hər nə qədər ürəyimlə çarpışıb Marqaritaya müna­sibətdə ortaya çıxan hissiyyat və məhəbbətimi söndür­məyə çalışsam da, sonunda bu işə bir çarə tapmadığımı yazmışdım. Qız da mənim halımda idi. Biri-birimizi sevirdik. Sən demə, hissiyyat ağıldan daha güclü və öt­kün imiş!
Bəli, Allaha asi olduq. Hər nə qədər bir kimsəyə yamanlıq və fənalığımız keçməsə, gül və bülbül kimi təmiz, pak məhəbbətlə kifayətlənib səbir etsək də , giz­lində görüşməyimiz, birgə xəyallar qurmağımız özü də yəqin günah imiş.
Reklam
25 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.