Fitnə Şəraitində Vəzifələr

Ali Hamaney

Fitnə Şəraitində Vəzifələr Sözleri ve Alıntıları

Fitnə Şəraitində Vəzifələr sözleri ve alıntılarını, Fitnə Şəraitində Vəzifələr kitap alıntılarını, Fitnə Şəraitində Vəzifələr en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Buyurdu ki, əgər kimsə Allah yolunda cihad edərkən şəxsi bir istək dalınca, qənimət ardınca gedib öldürülsə, Allah yolunda şəhid sayılmır. Şəhadətin və Allah yolunda mücahid olmağın şərti hərəkətin Allah yolunda və Allah üçün, yəni ixlaslı olmasıdır. Şəxsi maraqlar, qrup maraqları, qohumluq və dostluqlar bizim hərəkətimizə təsir göstərsə, bu ixlası korlayar, problem yaradar, ixlassızlıq haradasa özünü göstərər.
Əmirəlmöminin (ə) bir xütbədə cəmiyyətin ən mühüm problemlərindən biri kimi bunu qeyd edir. Buyurur ki, əgər haqq aşkar şəkildə xalqın qarşısına çıxsa, heç kim onun əleyhinə danışa bilməz; əgər nahaq da özünü aşkar formada göstərsə, xalq ona sarı getməz. Lakin xalqı azdırmaq istəyənlər nahağı xalis şəkildə gətirmirlər, onu haqla qarışdırırlar. O zaman haqq öz tərəfdarlarına da şübhəli görünür.1 Buna görə ayıqlıq bizim ilk vəzifəmizdir. Gərək haqq və nahağın səhv salınmasına qoymayaq.
Reklam
Dərk etdiyiniz həqiqəti izah edin. Heç kim gözləmir ki, anladığınızın əksinə danışasınız. Xeyr, anladığınızı deyin. Əlbəttə, anladığınızın düzgün olmasına çalışmalısınız. Çünki fitnə zamanı meydanı tanımaq çətin olur, hadisənin ətrafını tanımaq çətin olur, hücum edəni və müdafiə olunanı tanımaq çətin olur, zalımı və məzlumu tanımaq çətin olur, düşməni və dostu tanımaq çətin olur. Deməli, həqiqəti anlamaq, sonra isə təbliğ etmək lazımdır.
Səhvlər insanı fəsada çəkir, bu fəsad əməldə və bəzən etiqadda yayınma ilə nəticələnir. Bu da tədricən baş verir, birdənbirə olmur ki, biz bir nəfərin gecə mömin yatdığını və səhər yuxudan münafiq kimi oyandığını düşünək. Xeyr, tədricən və yavaş-yavaş baş verir.Bunun çarəsi də özündən ehtiyatlı olmaqdır və bu, təqva adlanır. Deməli,əlacı təqvadır; özümüzdən muğayat olmaq. Yaxınlar muğayat olsunlar, xanımlar öz ərlərindən, ərlər öz həyat yoldaşlarından, yaxın dostlar bir-birindən: "Haqqa və dözümə tövsiyə edərlər".
Əmirəlmöminin (ə) başqa bir yerdə buyurur: “Ayıq insan eşidən, fikirləşən və görən insandır”. 2 Ayıq insan eşidən, qulağını bağlamayan, eşitdikdə düşünən və hər hansı bir şeyi eşidən kimi rədd, yaxud qəbul etməyən şəxsdir. Düşünmək, baxmaq və gözü açmaq lazımdır. Avamlıq uçurumlarından sürüşüb yıxılan bir çox insanların eybi budur ki, baxmadılar, gözlərini aydın həqiqətlərə yumdular. İnsan baxmalıdır; baxsa, görər.
Maddi baxış əvvəla insanın yaranışını,dünyadakı varlığını məqsədsiz bilir. Ümumiyyətlə nə üçün dünyaya gəldiyini bilmir. Düzdür, dünyada özü üçün məqsədlər tərif edir: pul əldə etsin, eşqinə qovuşsun, vəzifəsi yüksəlsın, fiziki ləzzətlərə nail olsun, elmi ləzzətlərə nail olsun; özü üçün belə məqsədlər tərif edə bilər, amma bunların heç biri təbii məqsəd deyil, zəruri olaraq onun vücudu ilə yanaşı deyil.Allaha etiqad olmadıqda əxlaq da mənasız olur, ədalət də. Şəxsi ləzzət və maraqdan başqa heç bir şeyin mənası olmur. Əgər şəxsi mənafe yolunda insanın ayağı daşa dəyib əzilsə, zərər çəkmiş və xəsarət görmüşdür. Əgər mənafeyini təmin edə bilməsə, əgər çalışa bilməsə, növbə ümidsizliyə, məyusluğa, intihara və digər məntiqsiz işlərə çatır.
Reklam
24 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.