Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Fəlsəfənin Problemləri

Bertrand Russell

Fəlsəfənin Problemləri Gönderileri

Fəlsəfənin Problemləri kitaplarını, Fəlsəfənin Problemləri sözleri ve alıntılarını, Fəlsəfənin Problemləri yazarlarını, Fəlsəfənin Problemləri yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Öz diləklərinə çatmaq üçün dinə arxalanmağa gərək duyan insan qorxaqdır, mən belə birisini, diləklərinin gücünə arxalanıb yerinə yetirmək istəyən insanla yanaşı qoymazdım, öz gücünə arxalanan insan isə, çox ürəklidir və öz yolunda uğursuzluqla üz-üzə gələcəyindən belə qorxub çəkinmir...
Fəlsəfə, dəqiq öyrənilməsi mümkün olmayan predmetlər haqqında düşüncələrdir
Reklam
Əgər hansısa bir predmetin reallığını dəyərləndirməkdə adi gözə etibar eləmiriksə, onda nə üçün mikroskopla gördüyümüzə etibar etməliyik və ya edirik?
"...Öz diləklərinə çatmaq üçün dinə arxalanmağa gərək duyan insan qorxaqdır, mən belə birisini, diləklərinin gücünə arxalanıb yerinə yetirmək istəyən insanla yanaşı qoymazdım, öz gücünə arxalanan insan isə, çox ürəklidir və öz yolunda uğursuzluqla üz-üzə gələcəyindən belə qorxub çəkinmir"...
"Fəlsəfənin dəyəri, əslində, məhz onun qeyri-müəyyənliyindədir. Fəlsəfi zövqü olmayan insan özünün bütün ömrünü sağlam düşüncənin xurafatlarının, öz çağının və ya xalqının adətə çevrilmiş inamlarının, bir sözlə, heç bir tənqidi araşdırma aparmadan öz ağlına yerləşdirdiyi etiqadların dustağına çevrilir. Belə insan üçün dünya müəyyən, sonlu və aydın görünür; adi, ümumi nəsnələr onda heç bir sual doğurmur, tanış olmayan sualları isə o özünə yaxın buraxmır."
"Bunu da nəzərə almaq lazımdır ki, əgər hansısa mövzu ilə bağlı bilik qazanmaq mümkün olursa, onda elə o andan başlayaraq bu mövzu fəlsəfəyə aid olmaqdan çıxıb hansısa elmin mövzusuna çevrilir. İndi astronomiyanın öyrəndiyi göy cisimlərinin araşdırılması nə vaxtsa fəlsəfənin bir hissəsi idi; Nyutonun ən böyük elmi əsərlərindən biri "Təbiət fəlsəfəsinin riyazi başlanğıcı" adlanırdı. Vaxtı ilə fəlsəfənin bir hissəsi olan insan ağlının araşdırılması indi ondan ayrılaraq psixologiya elminə çevrilmişdir."
Reklam
"Əgər hətta bütün insanlar maddi baxımdan yaxşı yaşasaydılar, yoxsulluq və xəstəliklər minimuma endirilsəydi, bütün bunlardan sonra da toplum üçün əsl dəyəri olan mənəvi sərvətlərin yaradılması ehtiyacı aradan qalxmayacaqdı. Hətta bugünkü, maddi çətinliklərlə dolu dünyamızda da ruhani dəyərlər maddi dəyərlər qədər əhəmiyyətlidir. Fəlsəfənin dəyərini istisnasız olaraq ruhani dəyərlərə bağlılığında axtarmaq lazımdır və onun gördüyü iş bu ruhani dəyərlərə laqeyd olmayanları fəlsəfəni öyrənməyin boş vaxt itkisi olmadığına inandırmaqdır."
"Yuxarıda dediklərimiz doğrudursa, onda fəlsəfi biliklər elmi biliklərdən əhəmiyyətli dərəcədə fərqlənmirlər; elə bir xüsusi müdriklik qaynağı yoxdur ki, fəlsəfə üçün açıq olsun, ancaq elmin ona əli çatmasın və fəlsəfənin gəldiyi nəticələr elmi nəticələrdən kəskin fərqlənsin. Fəlsəfəni elmdən fərqləndirən ən önəmli cəhət onun tənqidi mahiyyətidir. Fəlsəfə elmdə və gündəlik həyatda işlənən prinsiplərə tənqidi yanaşır; o bu prinsipləri yalnız o halda qəbul eləyir ki, apardığı tənqidi araşdırmalar zamanı onları inkar eləmək üçün heç bir səbəb tapılmasın."
"Gözlənilməz imkanları nümayiş eləməklə gətirdiyi yararlardan başqa, fəlsəfə həm də onunla dəyərlidir ki, ola bilsin bu elə onun ən başlıca dəyəridir, olduqca böyük mövzuların üzərində düşünür və bu düşüncələrində insan mühakiməsini dar çərçivələrdən və şəxsi mülahizələrin yanlışlığından azad eləyə bilir. "İnstinktiv" bir ömür sürən insanın həyatı onun şəxsi maraqlarının dairəsi ilə məhdudlaşır: ailə və dostlar bu dairədə ola bilər, ancaq xarici aləm büsbütün onun diqqətindən yayınır və o yalnız özünün instinktiv istəklərinin yerinə yetirilməsində bu aləmin ona kömək və ya mane olduğu hallarda onunla təmasda olur. Belə bir həyatda daimi bir vurnuxma olur və filosofun həyatında olan sakitlik və azadlıq bu həyata yaddır. İnstinktiv maraqların şəxsi dünyası çox kiçikdir, bu, bizim həyatımızı gec-tez uçurub dağıdacaq böyük və qüdrətli dünyada bir tozcuqdur. Biz özümüzün maraq dairəmizi genişləndirməyincə, onu bütün xarici aləmə qoşmayınca, mühasirəyə düşən, düşmən maneəsini yara bilməyəcəyini anlayan və qoruduğu qalanı düşmənə təslim eləməyin qaçılmaz olduğunu bilən bir qarnizonun günündə oluruq. Belə bir həyatda dinclik və sülh yoxdur, istəklərin daimi təkidləri ilə iradənin zəifliyi arasında gedən arasıkəsilməz savaş vardır. Əgər yaşadığımız həyatın dəyərli və azad olduğunu düşünürüksə, onda biz hökmən bu qazamatdan və bu savaşdan hansısa bir üsulla qurtulmaq üçün çalışmağa borcluyuq."
476 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.