Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generalının qarşısında çətin bir vəzifə qoyulub; o özünün səkkiz seçmə zabitini yerinə yetirilməsi mümkün olmayan bir missiyanı yerinə yetirmələri üçün Əfqanıstana yola salmalıdır. Rəhbərlikdə bu yolun əslində gedər-gəlməz olduğunu bilən bir neçə nəfərdən biri olan general missiyanın əsl məqsədini biləndə öz zabitləri ilə birlikdə getmək qərarına gəlir və dəstə Əfqanıstana yollanır. Zabitlərə tapşırılıb ki, qarşılarına qoyulan məqsədi yerinə yetirib qayıtsınlar. Rəhbərliyin bu işin nə qədər mühüm olduğunu dünyaya nümayiş etdirə bilməsi üçün isə göndərilənlərin getdikləri yerdə var güclərilə çalışmaları, ancaq, tapşırığı yerinə yetirmədən həlak olmaları vacibdir, amma...