"Xan" Xatirə Ədəbiyyatı 52. Kitab

General Polad Həşimov Xatirələrdə

Şəmil Sadiq

Sözler ve Alıntılar

Tümünü Gör
Cənab general, niyə hər kəsin bilməli olduğu əziyyət və yaxşılıqlarının üzə çıxmasına mane oldun? Xalqının sənin haqqında bilmədiyi çox şey var : -Onlar bilmir ki, sən Daşkəsəndə öz hesabına məscid tikdirmisən və yerli camaat ona sənin adını verib: Polad Məscidi. -Onlar bilmir ki, sən 2016-cı ilin Aprel döyüşlərində işğal olunmuş torpaqların bir hissəsini geri qaytardın. -Onlar bilmir ki, sən 2016-cı ilin Aprel döyüşlərində geri qaytardığın torpaqlarda qazılan yeni səngərlərin vəziyyətinə və əsgərlərin orda tam məskunlaşdığına əmin olmamış o ərazini tərk etmədin. -Onlar bilmir ki, qərargah rəisi döyüş zamanı arxada olmalı olduğu halda , sən hər zaman ön cəbhəyə can atdın. -Onlar bilmir ki, tikintisini başa çatdıra bilmədiyin evinin yarımçıq qalmış balkonunu göstərib, " Burada oturub, dağlara baxaraq çay içərəm"-deyə etdiyin arzu çin olmadı. -Onlar bilmir ki, düşmən postlarına gedib oranı təmizlədikdən sonra erməni traktoruyla geri qayıtdın.
Reklam
Ramil Cabbarov (Əsgər)
Deyirdi ki: "Hazırlıqsız əsgər canlı qurbandır. Vətən uğrunda ölməyin, Vətən uğrunda ölmədən savaşın."
Bir insan dünyasını dəyişir və bir millətin ruhu oyanır, dirçəlir, varlığını sübut edən gücə qovuşur
Aybəniz Həşimova (Qızı)
Biz görürdük ki, o əlində kitab tutub oxuyur, bizdə də maraq yaranırdı. Anam deyirdi, o bununla sizə göstərmək istəyir ki, baxın, mən oxuyuram, siz də oxuyun.
Reklam
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.