"Xan" Xatirə Ədəbiyyatı 52. Kitab

General Polad Həşimov Xatirələrdə

Şəmil Sadiq

General Polad Həşimov Xatirələrdə Yorumları ve İncelemeleri

General Polad Həşimov Xatirələrdə yorumları ve incelemelerini, General Polad Həşimov Xatirələrdə kitabı hakkındaki okur görüşlerini , General Polad Həşimov Xatirələrdə puanlarını 1000Kitap'ta bulabilirsiniz.

Puan

9.610 üzerinden
41 Kişi · 8 İnceleme
268 syf.
10/10 puan verdi
·
Beğendi
General-mayor Polad Həşimov! Kitabın ərsəyə gəlməsində və oxucu kütləsinə ödənişsiz təqdim edilməsi təşəbbüsünü irəli sürməkdə başda Şəmil Sadiq, Səbuhi Şahmursoy və "Hədəf" nəşrləri olmaqla, bu işə könül verən, əmək sərf edən hər kəsi alqışlayır və təşəkkür edirəm! Bu kitabı əldə edənlərdən biri də mən olduğum üçün həm şanslı, həm də qürurluyam. Hər səhifəsini dərin kədər hissi, bir o qədər də fəxrlə oxudum. Kitabı oxuduqdan sonra bunun qətiyyətlə fərqinə vardım ki, Azərbaycan ordusu çox, çox böyük bir itki verib.. Bu kitabı oxumaq Generalı tanımaq üçün kifayət qədər yətərlidir, çünki ailəsi, əsgərləri, dostları, qohumları onunla olan xatirələrini olduqca içdən və səmimi şəkildə bölüşüblər. Önəmli olan adının hansısa bir küçəyə, metro stansiyasına, zirvəyə, posta, məktəbə və s. verilməsi deyil, ən önəmli və ən dəyərlisi adının milyonların qəlbinə yazılmasıdır. Əfsuslar olsun ki, biz onu itirdikdən sonra dəyəri bilinən insanları tanımağa gecikirik. Onları sağ ikən layiq olduğu şəkildə qiymətləndirə bilmirik. Polad Həşimovu tanımaq mənə bir çox şeyi öyrətdi, gec tanımaq isə hər zaman heyfsləndirəcək. Ruhun şad olsun, ordumuzun Polad Generalı!
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
268 syf.
·
Puan vermedi
Hədəf Nəşrlərinin “Xatirə ədəbiyyatı” seriyasının 52-ci kitabı 2020-ci ilin 14 iyulunda ermənilərin #Tovuz təxribatı zamanı şəhid olmuş general-mayor Polad İsrayıl oğlu Həşimov haqqındadır. İyul hadisələri zamanı Polad Həşimovda daxil olmaqla 12 şəhidimizin xəbəri Azərbaycanda soyuq su effekti yaratmış, İkinci Qarabağ müharibəsindəki “ Dəmir
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
Reklam
208 syf.
10/10 puan verdi
·
13 günde okudu
ŞƏHİD GENERAL POLAD HƏŞİMOV
Əsrlər boyu cəmiyyətin hər kəsimində bu cür insanlar olur, hansı ki hər hansı bir peşəyə, vəzifəyə qarşı olan nifrətini dilə gətirmək istəyəndə sırf o bir şəxsin adı ağlına gələn kimi sözlərini udursan. Əminəm ki, Polad Həşimov da onu tanıyanların və bundan sonra tanıyacaq olanların nəzdində həmin o şəxs olacaq. Mərhəmətlə bərabər ciddiliyi, qüvvəsi ilə bərabər utancaqlığı, cəsarəti ilə bərabər kövrəkliyi eyni bədəndə daşıyan əziz general.. Qəhrəman olunmur, qəhrəman doğulur cümləsinin təsdiqini tapdığı, sağlığında dəyər verə bilmədiyimiz, öz maşınını da satıb olan-qalan pulunu əsgərlərə xərcləyib, özü kirayədə yaşayıb, metroyla işlərini həll edən "general".. Səni tanımış o zabitlərin, əsgərlərin, sənin deyiminlə "balaların" kimi, mənim də gizlin arzum var daha - kaş yenə gələydin.. Kitaba təkcə ona görə 10 bal vermirəm ki, sən özün 10 ballıq həyat yaşamısan, həm də ona görə verirəm ki, sənin xatirəni yaşatmaq üçün təşəbbüs göstərən hər kəs 10 balı haqq edir.
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
268 syf.
·
Puan vermedi
·
4 günde okudu
#poladhəşimov #karabakhisazerbaijan ‍️"İstəmirəm ətrafda hansısa əsgərin bir yanlışlığını görüb, onu danlamaq məcburiyyətində qalım. Ona görə başıaşağı gəzirəm ki, qoy əsgər məni görüb öz səhvini düzəltsin."‍️ Yükü və məsuliyyəti ağır kitab idi. Zarafat deyil..Ölümüylə ''Böyük Vətən Müharibəsi''ni başladan adamdır o. Adını öldüyü günə qədər heç kim eşitməmişdi fikirləşirdim. Amma onu əslində hamı tanıyırmış. Cəbhədə, hərbi postlarda, səngərlərdə...Hətta aldığı posta adını qoyublarmış. Görəsən daha tanımadığımız, amma öləndə ölkəni ayağa qaldıracaq neçə hərbi generalımız daha qalıb həyatda? Kitabı oxuyarkən sıxıldım. Düşünürdüm ki, niyə sağlığında bunları bilmədik. Özü kirayədə qalıb, ona verilən evi bağışayan General... Türkiyedeki herbi kurslarda iştirak etmek üçün toyunu texire salan general... Kitab oxumağı çox seven, tv izlemeyen, esgerleri ile birge senger qazan general... Ruhun şad olsun. Bugün seni bütün dünya tanıyır... 14 iyul 2020-ci il...Sanki 1990-cı il idi...Əsrlərdir azadlığımızı zəbt edən ruslara , Sovet imperiyasına qarşı azadlıq savaşına qalxmışdıq. 10 minlərlə insanın heç bir təşkilatçı olmadan, qisas hissi ilə birləşməsi , " Ali baş komandan , əmr et, Qarabağa gedək!" şüarları dünyaya bir daha sübut etdi ki, bu qisası yerdə qoymayacağıq!
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
268 syf.
10/10 puan verdi
Polad Həşimov xatirələrdə Xatirə ədəbiyyatına aid oxuduğum növbəti kitab oldu. Bu gün Polad Həşimovun şəhidlik zirvəsinə yüksəlməsindən 2 il ötür. Daim qəlblərdə yaşayacaq, qəhrəmanlığı dillərdə-dillərə keçəcək. Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələnin Vəndam kəndində anadan olub. Generalliq rütbəsinə qədər yüksəlib. Çox sayda medallarla,
General Polad Həşimov Xatirələrdə
General Polad Həşimov XatirələrdəŞəmil Sadiq · Xan Nəşriyyatı · 202081 okunma
Reklam