Gizlindən Qeydlər

Fyodor Dostoyevski

Yorumlar ve İncelemeler

Tümünü Gör
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
19 günde okudu
Hallo guysss Spoiler içərir (Dostoyevski – gizlindən qeydlər) Əvvəla, ilk incələmə yazımdır,və həyəcanlıyam biraz,səhv sözlərim,cümlələrim olarsa üzür istəyirəm indidən. Kitabı oxuyub yarım buraxanlar az deyil, təbikidə hər kəsin fərqli düşüncə tərzi vardır. Mən özüm Dostoyevski oxumağı çox da üstünlük vermirəm, amma bu əsərini buraxa bilmədim. Çünkü, əsər o qədər insan, həyat, düşüncə barədə möhtəşəm yazılıb ki, buraxa bilmədim. Kitabda ilk öncə baş qəhrəmanın özünü pisləməsi ilə, özünü aşağı təbəqədə gördüyü andan başlayır. Sonralar isə həyatın necə ağrılı,sancılı, əziyyətli, ruhi böhranlı, məşəqqətli olmasından söhbət gedir. Həmin şəxsin öz içində olan dərinlikləri, heç kimin görə bilməyəcəyi o qaranlıqları oxuculara göstərir. Eynən bu əsərdə tənhalığın, (insanlar arasında) ictimai mövqeyini müəyyənləşdirməsinə də kömək edir. Eynəndə, insan düşüncələrinin necə dərin olduğunu,hisslərin,anıların,xatirələrin olduğu bir kitabdır. Fatimə ekledi: — Həyat nə qədər çətin olsada,heç vaxt ümidsizliyə qapılmayın,əgər işiniz alınmasa belə,üzülməyin, hər zaman şükür edin. Və hər zaman yaxşıkı varam deyin. Bir gün qabağınıza elə hadisələr çıxacaq ki,buna sizdə inanmaycaqsınız. Elədikləriniz, gördüyünüz çətinliklər, böyük bir sevinc olaraq qarşınıza çıxacaq.Buna əmin olun,sadəcə Allahdan ümidi kəsməyin. Xoş oxumalar.
Gizlindən Qeydlər
Gizlindən QeydlərFyodor Dostoyevski · Parlaq İmzalar · 0129,5bin okunma
Reklam
200 syf.
10/10 puan verdi
·
Beğendi
Dostoyevski tədqiqatçılarının dediyi kimi." Bütün dünyanın sevimli müəllifi olan F.Dostoyevski bu romandan başlayır." , "Gizlindən qeydlər" Dostoyevskinin dünyaya daha geniş müstəvidən baxdığı ilk romanıdır.Müəllifin yaradıcılığında açar rolunu oynayan bu əsərdə dünyada özünə yer tapmayan,Nə sənətlə,nə eşqlə,nə də digər şeylərlə ovuna bilən baş qəhrəmanın timsalında bəşər övladının yaşadığı çoxsaylı ruhi böhranları,ağrıları məşəqqətləri görəcəksiniz. Bu romanı oxuyarkən baş qəhrəmanın özünü,öz kimliyini,anlaması üçün necə durmadan qəlbinin dərinliklərinə,vicdanın labirintlərinə can atdığının şahidi olacaqsınız. _Əsərdə qoyulan sual budur:" İnsan özünü cəmiyyətin içərisindəmi anlamalıdır yoxsa,hər kəsdən uzaqlaşıb tənhalıqdamı? Xilas tənhalıqdadır yoxsa insanlar arasında öz yerini,ictimai mövqeyini müəyyənləşdirməkdədir?" Bəs bu çətin sualların həyati cavabları nədir?
Gizlindən Qeydlər
Gizlindən QeydlərFyodor Dostoyevski · Parlaq İmzalar · 0129,5bin okunma
·
Puan vermedi
Yarımçıq saxladığım bir kitab oldu. Əslində kitabları yarımçıq saxlamağı sevmirəm. Ancaq kitab məni çox yordu. Bəlkə də fəlsəfi kitabları çox oxumuram deyə belə oldu , dəqiq deyə bilmirəm . Kitabın bir hissəsinə qədər oxudum. Sonrası isə belə desək getmədi. Bəlkə nə vaxtsa bu kitaba yolum rast gələr və onda bu kitaba bir şans verib oxumağı bacararam.
Gizlindən Qeydlər
Gizlindən QeydlərFyodor Dostoyevski · Parlaq İmzalar · 0129,5bin okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.