Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gənc Stalin

Simon Montefiore
9.3/10
8 Kişi
23
Okunma
8
Beğeni
1.729
Görüntülenme
Amansız çar rejiminin təhlükəsizlik sisteminə yol tapa bilən bacarıqlı casus, cəsur inqilabçı, müdrik siyasətçi, cəsarətli maxinator, səriştəli siyasi təşkilatçı, qətiyyətli redaktor, əfsanəvi bank soyğunçusu, şair, ruhani-seminarist, ailə başçısı, qadınlarını və nikahdankənar övladlarını "uf" demədən atıb getməyə meyilli ipiqırıq məşuq... Britaniyalı tarixçi və jurnalist Saymon Sebaq Montefiore keçmiş sovet diktatoru İosif Stalini məhz belə görür və təsvir edir. Stalin haqda indiyədək çoxsaylı əsərlər yazılıb, onun siyasi və psixoloji portreti az qala bütün rakurslardan çəkilib. Amma adını tarixə əbədi həkk etmiş digər tiranlardan fərqli olaraq Stalinin həyatının erkən mərhələləri, uşaqlıq, yeniyetməlik və gənclik illəri barədə əsərlər çox azdır. Buna görə də Stalinin adı ətrafındakı qalın sirr pərdəsi hələ də qalır. İosif Cuqaşvili kim idi, necə bir ailədə doğulmuş, hansı mühitdə tərbiyə almışdı? Valideynləri kim idi, şəcərəsi haqda nələr məlumdur? Onun uşaqlığı, yeniyetməliyi, gəncliyi necə keçmişdi? Küçə davalarında bərkdən-boşdan çıxmış bu çəlimsiz, amma inadkar uşaq necə oldu ki, dünyanın aparıcı qəzetlərinin manşetlərinə düşən hay-küylü bank qarətlərinin qəhrəmanına çevrildi? Sonradan ideal kommunist, "bir nömrəli" ateist kimi tanınacaq gənc İosifi ruhani olmağa vadar edən səbəblər hansılar idi? Qadınlar "Soso" deyə əzizlənən bu çılğın qafqazlının həyatında hansı yeri tuturdu? Onun əslində neçə həyat yoldaşı, sevgilisi və nikahdankənar övladı olmuşdu? Montefiorenin çoxillik araşdırmalarının məhsulu olan "Gənc Stalin" əsərində məhz bu suallara cavab axtarılır. Tarixçilərin, politoloq və siyasətşünasların xüsusilə böyük marağına səbəb olacaq bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Yazar:
Simon Montefiore
Simon Montefiore
Tahmini Okuma Süresi: 16 sa. 33 dk.Sayfa Sayısı: 584İlk Yayın Tarihi: Ekim 2010Yayınevi: Teas Press
ISBN: 9789952513707Ülke: AzerbaijanDil: Azerice

Yorumlar ve İncelemeler

Tümünü Gör
584 syf.
9/10 puan verdi
Soso Stalin olur..
Kitabda gələcəyin Sovet diktatorunun keçdiyi həyat yolu, onun cəmiyyəti insanı dərketmə qabiliyyətinə təsir göstərən amillərin, o cümlədən seminariya və ən əsası o dövrün Gürcüstanında hakim olan kriminal küçə mühitinin detallı təsviri verilmişdir. Fikrimcə, Stalin barəsində yazılmış bioqrafiyaların ilk sırasında yer almalıdır. Çünki bir çox bioqrafiya kitabları əsasən onun hakimiyyət illərinə fokuslanır, Sosonu Stalin edən mühitin təsvirindən isə yayınır. Bu kitab isə Stalini psixoloji olaraq dərk etməyə imkan yaradır.
Gənc Stalin
Gənc StalinSimon Montefiore · Teas Press · 023 okunma
Reklam
520 syf.
8/10 puan verdi
·
7 günde okudu
Putin’in büyükbabası :)
1920 - 1950 arası dünyada diktatörler çağıydı. Son gününe kadar iktidarda kalabilmiş tek diktatördü sanırım. Çok insanın canını yakmış olsa da sıradan insanlar onu ulusun babası olarak görüyordu. n hala sevenler de nefret edenler de var. Bu yönüyle Putin’e çok benziyor. Bir batılı olduğunu düşünürsek, yazar olabildiğince tarafsız kalmış. Hayatının geri kalanının anlatıldığı ikinci kitap daha ilginç olacak sanırım.
Genç Stalin
Genç StalinSimon Montefiore · İthaki Yayınları · 201023 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.