"Gəncəli Cavad xanın hekayəti" bədii-tarixi povestdir. Əsər XVlll əsrin sonu və XlX əsrin səhər çağı işğalçı çar qoşunlarına qarşı qəhrəmanca mübarizə aparan Cavad xana həsr olunmuşdur. Öz torpağına olan məhəbbəti, iradəsi, xarakteri, sərkərdəlik məharəti, siyasi çevikliyi xalq arasında ona böyük hörmət qazandırmış, aşıqlar şeir qoşmuş, şairlər poema həsr etmiş, adı Azərbaycan Demokratik Respublikasının himninə düşmüş və bütün bunlar müəyyən bir bədii çərçivədə öz əksini tapmışdır