Kitab tələbə və gənc olan hər kəs üçün çox yaxşıdır. Dili çox asandır və tez bitə biləcək, rahat oxuya biləcəyiniz bir kitabdır. Fərdi inkişafına üstünlük verən, lakin haradan və necə başlayacağını bilməyən gənclər üçün gözəl bir rəhbərdir. Kitabda motivasiya verici yazılarla yanaşı, mükəmməl Cv necə yazılmalıdır? Könüllü fəaliyyət, yaxşı təhsil, xərici dil öyrənmək üçün hansı saytlardan və ya başqa kitablardan kömək ala biləcəyinizi göstərir.
Həəə. Deyərdim kitab çox maraqlıdır. Motivasiya istəyən hərkəs oxumalı zənnimcə. Kitabda köməyimizə gələcək müxtəlif sayt linkləri və dünyaca məshur insanlardan statlar var.Nadir Adilov bu kitabda gənclərə düz yolu görsədir. Çox bəyəndim. Oxumağınızı tövsiyyə edirəm.
"heyif ki,bu kitabı tələbə vaxtı görməmişəm" dedirdən bir kitabdı. Gənclərə məsləhət görəcəyim bir kitabdır. Məncə oxunağa dəyər.
Çoxlu qeydlər etmişəm kitabdan....