Şel Askildsen(30 sentyabr 1929) Norveçin və ümumiyyətlə Skandinaviyanın ən məşhur novella və qısa hekayə yazarlarındandır. İlk nəşr etdirdiyi kitab Heretter folger jeg deg helt hjem (Bundan sonra mən səni düz evə kimi ötürəcəm) olmuşdur. Bu kitab bütün Norveçdə xüsusilə onun doğulduğu Mandal şəhərində seksual məsələlərdən bəhs etdiyi üçün böyük qalmaqal yaratmışdır.
1928-ci ildə Şel Askilden ilk qısa hekayələr toplusunu nəşr etdirmişdir. Məhz həmin kitabdan sonra Askilden Avropanın ən yaxşı qısa hekayə yazarı kimi tanınmışdır. Novellalarında insanların bir-birinə münasibəti, müxtəlif vəziyyətlərdə etdikləri seçimlər, bəzən ağır seçim qarşısında qalmalarından usta bir dildə bəhs edilir.