Gülən Adam

Victor Hugo

Comments and Reviews

See All
704 syf.
10/10 puan verdi
"Bu dünyada əbədi heç nə yoxdur."
"Gülən adam" romanını Hüqo siyasi düşüncələrinə görə sürgün edildiyi Channel adalarında 15 ay ərzində yazmışdır.O əsərdə kral ailəsinin,aristokratların iç üzünü ifşa edir.Xalqın səfalətini göz önünə gətirir. Kitabdakı hadisələr XVII əsrdə İngiltərədə, kraliça Anna'nın dövründə baş verir.İstedadlı oyunbaz, filosof Ursus və onun dostu
Gülən Adam
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020253 okunma
Reklam
704 syf.
·
Not rated
·
Liked
Viktor Hüqo ədəbiyyat aləmində öz əsərləri ilə sözünü demiş, dünya ədəbiyyatına damğasını vurmuş bir şəxsiyyətdir. Müəllifin "Gülən adam" əsəri də bəyəndiyim kitablar arasında ilk sıralarda yer aldı. Roman çox maraqlı, məlumat yüklüdür, bir neçə mövzuya toxunulur. Kitabı oxuduqca beynimdə gedişatla bağlı yeni-yeni suallar yarandı. Əsər məlumatı, haşiyəsi bol olduğu üçün suallarıma tez cavab tapa bilmirdim, amma oxucunun marağını isti saxlayan əsərlərdəndir. Bədii tərəfi qədər tarixi tərəfi də güclüdür. Təsvirləri də çoxdur və bu təsvirlər baş verən hadisələri, verilən obrazları zaman və məkan cəhətdən qavramaq üçün çox önəmlidir. Tez-tez haşiyədən kənara çıxılması əsəri ağırlaşdırıb, hadisələrin irəliləməsini gecikdirsə də yeni məlumat öyrənmə baxımından müsbət haldır, həmçinin baş verənləri də daha dəqiq anlamaq üçün oxucuya kömək edir. Obrazların da hər biri özünəməxsus idi. Onların dili ilə müəllif öz fikirlərini, düşüncələrini oxucuya çatdırır, xüsusən də bəzi obrazların dilindən verilən monoloqları çox bəyəndim. Sanki 19-cu əsr insanına yox, bu günə, bu günün insanına müraciət edilir. Bədiiliklə tarixiliyin sintezdə verildiyi bu roman ümumilikdə gözəl, oxunmalı əsərdir. Çox sadə üslubda, axıcı dillə yazılıb deməzdim, lakin oxucunu yormayan dili, oxumağa təşviq edən mövzusu vardır.
Gülən Adam
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020253 okunma
·
Not rated
Gülən adam.. Tək kəlimə ilə mükəmməl!! Victorun dəstixətti hər zaman romantik və tarixi olmuşdur. Kitabda bir çox məlumatlar var və onları oxuduqca sıxılmayacaqsınız, əksinə çox marağlı nüanslarla tanış olacaqsınız. Gələk mövzuya "Çirkin" adlandırılan kişinin bir "kor" qızı sevməsindən bəhs edir. Nəzərə alaq ki bu kişi onun həyatını xilas edib hekayə daha da marağlı olmaya başlayır. Oxuyun oxutdurun deyəcəyim bir kitab oldu.
Gülən Adam
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020253 okunma
704 syf.
8/10 puan verdi
·
Liked
·
Read in 38 days
"Sizi deşib keçən qılınc zərbəsi ilə mübahisə etmək əbəsdir." s.542 "Mən demək istədiklərimin ağırlığı altında əzilirəm." s.632 "Tale əvvəl bir qapını bağlamamış o birisini açmır." s.659 "Heç bir hakim bizi öz vicdanımız kimi ciddi-cəhdlə mühakimə etmir." s.660 "Əlbəttə, lalların əvəzindən danışmaq çox gözəldir, amma karların qarşısında danışmaq çox ağırdır!" s.663 "Yalanlar içində yaşayan adama həqiqət iyrənc görünür. Yaltaqlığın həsrətini çəkən adamın təsadüfən dadına baxdığı həqiqət onun ürəyini bulandırır." s.666 "Ümidsizlik insanın son gücünü əlindən alır." s.669 "Siz məni yadınıza salacaqsınız, düzdürmü? Heç kimin məni xatırlamayacağını bilərək ölmək çox ağır olardı." s.698 "Əgər ömürlük kor qalaraq səndən ayrılmasaydım necə də xoşbəxt olardım! Ayrılmaq necə də ağırdır! s.698
Gülən Adam
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020253 okunma
Reklam
616 syf.
·
Not rated
·
Liked
·
Read in 10 days
Çeviriye rağmen bitti, sonuna kadar dayanmamın nedeni Victor Hugo okuyor olmamdı. Bu harika esere yazık olmuş, çok daha iyi çeviri ve dizgiyle okuyabilmis olmayı dilerdim. Dilimize çevrilmiş eserlerinden yedi tanesini soluksuz okuyup bitirmis, Gülen Adam yayımlandığında da çok sevinmiştim. Okumadığım Sel Yayınları'ndan bir denemesi bir de Can Yayınları'nın kısa klasikler serisinden çıkan Claude Gueux isimli eseri kaldı. Gülen Adam'a gelince, Ursus ve onun sadık köpegi Homo ile Gwynplaine ve Dea'nın masal tadında hikayesi. Açıkçası Victor Hugo'dan alışık olmadığım tarzda bir kitap okumuş oldum. Sürprizlerle dolu bu hikaye, yazarın diğer eserlerinde de yaptığı gibi detaylı bilgiler vermesiyle arada kesintiye uğrasa da güzeldi. Merak edenler için, kitabın konusuna dair bilgiler arka kapakta zaten mevcut... #victorhugo #gülenadam #nisan2022okumalarım #zeplinkitap
Gülen Adam
Gülen AdamVictor Hugo · Zeplin Kitap · 2020253 okunma
616 syf.
·
Not rated
·
Read in 9 days
İlk baskısı 1869 yılında yapılan Gülen Adam, Victor Hugo’nun olgunluk dönemi eserlerinden sayılıyormuş.Victor Hugo, Channel Adaları’nda sürgündeyken yazdığı Gülen Adam’la edebiyat dünyasına Quasimodo kadar unutulmaz bir karakter kazandırmış.Hatta Batmande’ki Joker karakterinin esin kaynağı olduğu düşünülüyormuş. Hugo’nun bu kitabında olaylar
Gülen Adam
Gülen AdamVictor Hugo · Zeplin Kitap · 2020253 okunma
720 syf.
10/10 puan verdi
·
Read in 14 days
Fransız yazar Victor Hügo mənim ən sevdiyim yazarlar siyahısında birinci yerdə gəlir. Bütün kitabsevərlərin bir-birinə "Hansı yazarın bütün kitablarını oxumaq istəyirsən?" deyə verdiyi bir sual var. Mənim üçün bu sualın cavabı öz şeirləri və əsərləri ilə məni özünə heyran buraxan, fransız yazar Victor Hügodur. Bu incələməm ədəbiyyat
Gülən Adam
Gülən AdamVictor Hugo · Parlaq İmzalar Nəşriyyatı · 2021253 okunma
720 syf.
9/10 puan verdi
·
Liked
·
Read in 11 days
Heç bir kitaba bu qədər ağlamamışdım... Heç bir kitabın son səhifəsini də oxuyub kənara qoyduqdan sonra uzun uzadı bu qədər düşünməmişdim.(Bilmirəm, bəlkə duyğusal bir vaxtıma gəldi) Viktor Hüqonun məşhur əsərlərindən biri- Gülən adam. Kompraçikoslar(uşaq oğruları, uşaq alverçiləri) tərəfindən üzünə əbədi qəhqəhə əməliyyatı edilmiş Quinplenin həyatı timsalında Hüqo bizə çox şeyi öyrədir və göstərir. Qəlbin kədərdən parçalanarkən, zahirən gülünc olmaq necə də alçaldıcı əzab, nə böyük qəzəbdir! Mütləq oxunmalı kitablardandır. Kitabın bəzi hissələrində tarixi faktların, uzun uzadı təsvirlərin çoxluğu bir az sıxıcı idi, qalan hər şey mükəmməl. Bu əsərdə həm macəra, həm tarix, həm siyasət, həm faciə, həm acı gerçəklik,həm də əntər Quinplenlə kor Deanın şirin romantizmi var. Eybəcər Quinplen ölümdən xilas etdiyi kor qız Deanı, Dea isə onu sevirdi. Onların demək olar ki hər səhnələrində təsirləndim. Deanın gözü görmürdü, amma qəlbi görürdü... Quinplen eybəcər hala salınmasaydı yenə də Deanı sevərdimi bilmirəm, amma Dea kor olmasaydı da yenə Quinpleni sevərdi... Kitabı oxusaz Ursusa qarşı qəribə hiss bəsləyəcəksiz. Amma, bu qoca filosof mənim çox xoşuma gəldi. Homodan da danışmamaq olmaz. Homo canavar idi. Bəli, bəli canavar. Homo haqqında kitabda altından xətt çəkdiyim cümləni deyə bilərəm - "Həyatda elə hallar olur ki, ən dərrakəli zəka belə vəfalı heyvanın hissiyatı ilə müqayisə oluna bilmir. Heyvan sanki yuxuda gəzən, amma ağlı yerində olan insan kimidir." Bu qədər.
Gülən Adam
Gülən AdamVictor Hugo · Parlaq İmzalar Nəşriyyatı · 2021253 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.