"Gülüstan" dan Öncə

Azize Caferzade

Comments and Reviews

See All
348 syf.
·
Not rated
·
Read in 4 days
Məktəbdə Azərbaycan tarixi dərslərində həmişə xanlıqlar mövzusuna ikrah hissi ilə yanaşmışam, qiymət almaq problemim olmasa yəqin ki o mövzunu haçansa açıb vərəqləməzdim də. Əzizə xanım isə xanlıqlar mövzusunu o qədər gözəl və detallı şəkildə işləyib ki, mənə oxunması xüsusi zövq verdi. İlk dəfədir ki, xanlıqlar dövrünə aid nəyisə maraqla oxudum. Gülüstandan öncə Rusiya və İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsinə hesablanmış Gülüstan sülh müqaviləsi bağlanmadan öncə Azərbaycan xanlıqlarında yaranmış vəziyyəti və birlik olmaqdan çəkinib qaçınılmaz son yaxınlaşdıqda isə peşmanlıqdan doğan mənzərəni təsvir edir. Bütün bu yaşananların fonunda Şirvan xanı Mustafa xanın oğlu Teymurazla Yasəmənin eşq hekayəsi bütün saflığı ilə önə çıxır. Əsərdə xüsusi diqqət etdiyim 2 nüans oldu: 1. Xanlıqlar dövrü Şirvan zonasının mədəniyyəti sözün əsl mənasında mükəmməl işlənmişdi. İstifadə olunan geyimlər, o dövrün adətləri, zəngin mətbəx - bişirilən təamlar o qədər geniş və samballı şəkildə təsvir olunmuşdu ki, bu mövzuda kitab və ya məqalə yazacaq insanlara da əla mənbə ola bilər. 2. Əsərin yazıldığı 1992-1993-cü illər Azərbaycan üçün çox həssas hadisələrin, xüsusilə Xocalı faciəsinin yaşandığı dövrdür. Bütün bu yaşananların - Qarabağ məğlubiyyətləri, satqınlıqlar, minlərlə itkinin Əzizə xanıma da ağır təsir etdiyini oxuduqca duymamaq mümkün deyil, kədər, nifrət, xəyal qırıqlığı bir araya cəmlənmişdi. Əzizə xanım ədəbiyyatımız üçün bir dəyərdir, mütləq oxuyun!
“Gülüstan”dan Öncə
“Gülüstan”dan ÖncəAzize Caferzade · Xan Nəşriyyatı · 201612 okunma
Reklam
348 syf.
10/10 puan verdi
Azərbaycan ədəbiyyatının tarixi roman janrında yazılmış gözəl nümunələrindən biri. Azərbaycan xanlıqlarından Şirvan xanlığı timsalında o dövrün prototipi çəkilib sanki. Coğrafiyamızın və tariximizin sanki dəyişilməz qədəri olan erməni xəyanətinin təsviri. Kitabı audiokitab uyğulaması vasitəsilə dinlədim və səsləndirmə də xoşuma gəldi. play.google.com/store/apps/deta... Azərbaycan dilində bir çox kitabın səsli versiyasını yuxarıdaki linkdən dinləyə bilərsiniz. Uyğulamanın çatışmayan cəhətləri olsa da dinləmək üçün idarə edər.
“Gülüstan”dan Öncə
“Gülüstan”dan ÖncəAzize Caferzade · Xan Nəşriyyatı · 201612 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.