"Hər halda, zamanı geri qaytarmaq mümkün deyil. Necə ola bilərdi, nə cür ola bilərdi - ömür boyu bunu fikirləşə bilməzsən. Başa düşməlisən ki, hamı kimi, sənin də bir qismətin var - bəlkə də, çoxunun qismətindən yaxşıdır. Gərək bunu başa düşəsən, şükür edəsən."